AUT.AZ

Onu təsvir etməyə söz qalmayıb

“Mançester Yunayted”in sabiq müdafiəçisi Qari Nevill “Mançester Siti”nin hücumçusu Erlinq Holandın çıxışından danışıb.

Aut.az xəbər verir ki, Nevil Mançester derbisində het-trik edən (6:3) norveçli hücumçunu xeyli tərifləyib:

 “Siti”də topa ən az toxunan futbolçunun Erlinq olduğunu eşitmək məni təəccübləndirmədi. O, demək olar ki, oyuna qoşulmur və bu, artıq normaya çevrilib. Bu gənc oyunçunun böyük səbri var.

Bu illər ərzində xeyli gənc futbolçu görmüşük ki, böyük israrla oyuna daha çox qoşulmaq istəyirlər. Sanki qapıçı və ya hücumçudurlar.

Holand isə 26-27 yaşlı hücumçu təsiri bağışlayır. O bilir ki, lazım olan yerə qaçarkən zamanı düzgün hesablasa, top mütləq ona çatacaq.

Ən diqqət çəkəni onun ardıcıllığı, səbri və soyuqqanlılığıdır. Onu təsvir etməyə söz qalmayıb. “Mançester Siti” parlaq komanda idi, lakin onun gəlişindən sonra daha təhlükəli oldular”.

Aut.az

Exit mobile version