İngiltərənin paytaxtı Londonda keçirilən marafonda bədbəxt hadisə baş verib.
Aut.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, yarış zamanı 36 yaşlı kişi idmançı dünyasını dəyişib. Finişə 5 kilometr qalmış halı pisləşən şəxs dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, London marafonunun qalibi efiopiyalı Yalemzerf Yehualav və keniyalı Amos Kipruto olub.