AUT.AZ

Hədələdi: “Başını əzərəm”

Orta çəkidə sabiq UFC çempionu, hazırda şərhçiliklə məşğul olan Maykl Bispinq iki çəkidə sabiq çempion Konor Makqreqora cavab verib.

Aut.az xəbər verir ki, bir müddətdir onların arasında söz atışması yaşanır. Konor Bispinqi hədələmişdi:

“Bispinq, sən kiçik atletsən. Mən sənin başını əzərəm. Sən vecsiz döyüşçü və aktyorsan. Siz hamınız buna şahid olacaqsınız. Sən müharibə istəyirsən, dalaşmaq niyyətindəsən?”

Bispinq isə ona belə cavab verib:

“Bir neçə belə insan tanıyıram. Onlar həqiqətən də tənhadırlar. Onlar heç yerə getmirlər, insanlara inanmırlar. Fikir mübadiləsi aparmaq, nəyisə bölüşmək üçün onun heç kimi yoxdur. Amma onun hələ də xeyli pərəstişkarı var. Bax, bunu inkar edə bilmərəm”.

Aut.az

Exit mobile version