WBC versiyası üzrə ağır çəkili dünya çempionu, britaniyalı Tayson Fyuri növbəti döyüşün hazırlığına başlayıb.
Aut.az xəbər verir ki, Fyurinin komandası təlim-məşq toplanışı üçün bir araya gəlib. O, bununla bağlı sosial şəbəkədə şəkil paylaşıb və belə yazıb:
“Düşərgədə ilk gün”.
Ukraynalı boksçu Aleksandr Usikin meneceri Ekis Klimas bildirib ki, müştərisi bu ilin dekabrında Taysonla döyüşə bilər. Məlumata görə, Fyuri qarşılaşmanın dekabrın 3-də keçirilməsini istəyir.
Aut.az