AUT.AZ

Əfsanəvi qapıçını geridə qoydu

Dünya futbolu
						
							09:38
							02.10.2022
						
					
					Messi əfsanəvi qapıçını geridə qoydu

PSJ-nin superulduzu Lionel Messi Braziliyanın “San Paulu” komandasının əfsanəvi qapıçısı Rojerio Seninin nəticəsini geridə qoyub.

Aut.Az “Sportzpoint” nəşrinə istinadən xəbər verir ki, argentinalı buna “Nitsa”nı 2:1 hesabı ilə məğlub etdikləri Liqa 1-in IX tur oyununda nail olub.

29-cu dəqiqədə fərqlənən forvard cərimə zərbəsindən vurduğu qolların sayını 60-a çatdırıb. 1993 – 2015-ci illərdə “San Paulu”da çıxış edən Seni 59 dəfə standart vəziyyətdən rəqib qapılarına yol tapıb.

Messi bu göstəriciyə görə İspaniya “Barselona”sının sabiq oyunçusu Ronald Kumana da çatıb.

Cərimə zərbələrindən ən çox fərqlənən “Olimpik Lion”un sabiq futbolçusu Juninyo Pernambukanodur. 47 yaşlı veteran 77 dəfə “duran top”u qola çevirib. Braziliyalı əfsanə – Pele (70), argentinalı Viktor Leqrotalye, Ronaldinyo (hər ikisi 66), Devid Bekhem (65), argentinalı Dieqo Maradona və Ziko (hər ikisi 62) növbəti pillələrdə yer alıb.

Exit mobile version