AUT.AZ

Rəcəbov Rusiyanı müdafiə etdi

Rusiyanın şahmat komandası digər ölkələr kimi bütün beynəlxalq yarışlarda iştirak etməlidir.

Aut.az xəbər verir ki, bunu TASS-a açıqlamasında Azərbaycan şahmatçısı Teymur Rəcəbov deyib. 35 yaşlı qrossmeyster idmanın, mədəniyyətin və incəsənətin siyasətdən kənarda qalmalı olduğunu bildirib: “Mən özüm də müəyyən mənada pasifistəm. İstərdim ki, hər kəs, düşüncələrinə baxmayaraq, yarışlarda iştirak etsin”.

Beynəlxalq Şahmat Federasiyası (FİDE) Rusiya və Belarus yığmalarının turnirlərə qatılmasını qadağan edib. Hər iki ölkə təmsilçiləri FİDE bayrağı altında yalnız fərdi yarışlarda mübarizə apara bilər.

Exit mobile version