AUT.AZ

Kadi sirri açdı

Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində keçirilən “Qarabağ” – “Neftçi” matçının diqqətçəkən futbolçularından olan Kadi Borges fasilədə baş məşqçi Qurban Qurbanovun onlara nə söylədiyini açıqlayıb.

Aut.az xəbər verir ki, braziliyalı vinger eyni zamanda, Azərbaycan derbisində vurduğu qolu kimə həsr etdiyinə də aydınlıq gətirib:

“Vurduğum qolu övladıma həsr etdim. Hisslərimi necə ifadə edəcəyimi bilmirəm. Övladım bir ay öncə dünyaya gəlib. İlk dəfə idi mənim oyunumu izləməyə gəlmişdi. Ümid edirəm ki, qarşıdakı oyunlarda ona çoxlu qol həsr edəcəyəm. Oyuna gəlincə, çətin oyun olacağını bilirdik. Sadəcə düşünürəm ki, birinci hissədə çatışmayan tək şey əldə etdiyimiz qol fürsətlərindən yararlana bilməməyimiz idi. Fasilədə Qurban Qurbanov bizə təmkinli olmağımızı dedi. Topun qapıdan keçəcəyini dedi. Elə də oldu”.

Exit mobile version