AUT.AZ

Qiymətini qaldırdılar

“Real” müdafiəçisi Eder Militao ilə müqaviləni tezliklə yeniləyəcək.

Aut.az xəbər verir ki, bu barədə məşhur italiyalı jurnalist Fabritsio Romano sosial şəbəkə vasitəsilə məlumat yayıb. Onun sözlərinə görə, “kral klubu” braziliyalı ilə sözləşmənin müddətini artırmaq üçün sənədləri hazırlayır.

Yeni anlaşma 2028-ci ilə qədər qüvvədə olacaq. Artıq tərəflər arasında şifahi razılıq da var. Ulduz futbolçunun sərbəst qalma məbləği 1 milyard avro olacaq.

Exit mobile version