AUT.AZ

Qara stadionda nə görüb?

“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev Azərbaycan Premyer Liqasının 8-ci turunda “Neftçi”yə qarşı keçirdikləri matçı dəyərləndirib.

Aut.az xəbər verir ki, media nümayəndələrinin suallarını cavablandıran 30 yaşlı futbolçu stadionda gördüklərindən razı qaldığını bildirib:

“Neftçi” haqqında əlavə söz deməyə ehtiyac yoxdur. Ən zəif vaxtında belə, bu komandanın adı var. Bizimlə oyunlara xüsusi motivasiya ilə çıxırlar. Stadionun bütün tribunalarını dolu gördüm. Bu cür matçların sayı çox olmalıdır. İlk hissədə demək olar ki, rəqibə imkan vermədik. Özümüz isə 4 real qol epizodu yaxaladıq. Lakin istifadə edə bilmədik. Fasilədən sonra da eyni ssenari ilə davam etdik. Rəqibin ön xəttini tamamilə bağlaya bildik. Qol epizodlarımız çox oldu. Əsas odur ki, istifadə edə bildik və vacib qələbə qazandıq”.

Exit mobile version