AUT.AZ

Mançesterdə “qol yağışı” – VİDEO

İngiltərə Premyer Liqasında növbəti Mançester derbisi baş tutub. “Mançester Siti” “Mançester Yunayted”i qəbul edib.

Aut.az xəbər verir ki, məhsuldar keçən qarşılaşmada 9 qol vurulub. Görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb – 6:3.

Hərəyə üç qol vuran Erlinq Haland və Fil Foden “Mançester Yunayted”in darmadağın edilməsində pay sahibi olub. Qonaqların heyətində Antoni və iki dəfə Antoni Marsial fərqlənib.

Qeyd edək ki, 8 oyundan sonra xal hesabını 20-yə çatdıran “Mançester Siti” Premyer Liqada ikincidir. 12 xala malik “Mançester Yunayted” isə altıncıdır.

Exit mobile version