AUT.AZ

Hörmət etdiyi üçün meydana buraxmayıb

Kriştiano Ronaldo “Mançester Siti” ilə qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləməli olub.

Aut.az xəbər verir ki, “Mançester Yunayted”in baş məşqçisi Erik Ten Haaq portuqaliyalı futbolçunu əvvəlki qarşılaşmalarda ikinci hissədə meydana buraxsa da, bu dəfə onun xidmətinə ehtiyac duymayıb. Mütəxəssis qərarını belə əsaslandırıb:

“Karyerasına böyük hörmət bəslədiyim üçün Ronaldonu ikinci hissədə meydana buraxmadım. Digər tərəfdən, Marsyalı oyuna qoşdum. Ona meydanda olmaq lazım idi”.

Qeyd edək ki, Ronaldo bu mövsüm ilk dəfə bütün oyunu ehtiyatda qalıb.

Qarşılaşma “Siti”nin qələbəsi ilə başa çatıb – 6:3.

Exit mobile version