AUT.AZ

Emin fərqi göstərdi

“Başa düşürəm ki, onlar bizdən önə keçə bildilər. Başımızı aşağı salmalı deyilik. Qarşıda oyunlarımız var. Çalışmalıyıq ki, növbəti qarşılaşmalarda qalib gələk”.

Aut.az xəbər verir ki, “Neftçi”nin kapitanı Emin Mahmudov Azərbaycan Premyer Liqasının 8-ci turunda “Qarabağ”a məğlub olduqları oyundan sonra bu sözləri deyib. Yarımmüdafiəçi eyni zamanda, keçmiş və indi baş məşqçilərini – Samir Abasovla Laurentsiu Regekampfı müqayisə edib:

“Əvvəlki baş məşqçimiz haqqında fikir bildirmək istəmirəm. Düz çıxmaz. Bundan öncə də pis oynamırdıq, indi də. Regekampf da bizə kömək edir ki, daha yaxşı olaq. Samir Abasovun dönəmində də pis oynamamışıq”.

Exit mobile version