AUT.AZ

Bu qədər də maaş artırarlar?

"Beşiktaş" derbidən qabaq qapıçısının maaşını 25 qat artırdı

Türkiyə Super Liqasının 8-ci turunda əzəli rəqibi “Fənərbağça” ilə qarşılaşacaq “Beşiktaş” derbidən öncə qapıçısı Ersin Destanoğlu ilə bağlı qeyri-müəyyənliyə son qoyub.

Aut.az yerli mətbuata istinadən xəbər verir ki, klub rəhbərliyi bir müddətdir yeni müqavilə ilə bağlı razılığa gələ bilmədiyi qolkiperlə anlaşıb.

2027-ci ilə qədər nəzərdə tutulan yeni müqavilənin detalları da açıqlanıb. 21 yaşlı Ersinin illik maaşı 25 dəfə (!) artırılıb.

Hazırkı müqavilə ilə “Beşiktaş”da ildə 500 min lirə qazanan gənc qolkiperin qazancı bundan sonra 700 min avro (təxminən 12 milyon 500 min lirə) olacaq.

Yeni anlaşma ilə bağlı danışıqlarda rəhbərliklə böhran yaşadığı iddia edilən 21 yaşlı qapıçının bu səbəbdən “Ankaragücü” və “Başakşehir”lə matçlarda oynamadığı iddia olunurdu.

 

 

Exit mobile version