AUT.AZ

MY-nin gözü “Barsa”da

Dünya futbolu 13:54 01.10.2022 "Barsa" Frenki de Yonqa marağını itirməyib

“Mançester Yunayted” “Barselona”nın ulduz yarımmüdafiəçisi Frenki de Yonqa olan marağını itirməyib.

Aut.az xəbər verir ki, “qırmızı şeytanlar” qış transfer pəncərəsi dövründə yenidən Kataloniya klubunun qapısını döymək niyyətindədir. MY-nin baş məşqçisi Erik Ten Haaq sabiq yetirməsini “Old Trafford”a gətirməkdə şəxsən maraqlıdır.

Bu yay Mançester klubu niderlandlı yarımmüdafiəçinin keçidi üçün 80 milyon avro təklif etmişdi. Tərəflər bu keçidə razı olsalar da, Frenki özü transferdən imtina etmişdi və “Barselona”da qalmaq istədiyini bildirmişdi. Lakin Ten Haaq “Ayaks”da da birlikdə işlədiyi 25 yaşlı De Yonqun “Mançester Yunayted”ə transferində israrlıdır. Rəhbərliyin niderlandlı futbolçu üçün “Barsa”ya 90 milyon avro təklif etmək niyyətində olduğu bildirilir.

Qeyd edək ki, MY-dən başqa “Çelsi” də qışda Frenki De Yonqun transferi üçün hərəkətə keçməyə hazırlaşır. 2019-cu ildən “Barselona”nın formasını geyinən niderlandlı yarımmüdafiəçi cari mövsümdə La Liqada 5 oyuna çıxıb və 1 qol vurub. Onun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Exit mobile version