AUT.AZ

89-cu titul

Novak Cokoviç Təl-Əvivdə keçirilən tennis üzrə ATP-250 kateqoriyalı turnirin final görüşündə Marin Çiliçlə qarşılaşıb.

Aut.az xəbər verir ki, serbiyalı tennisçi xorvat rəqibinə 2 setdə qalib gəlib – 6:3, 6:4. Bununla da Cokoviç karyerasında 89-cu titulunu qazanıb.

Finala gedən yolda Novak Pablo Andusar, Vaşek Pospişil və Roman Safiullini məğlub edib. Serbiyalı gələn həftə Karlos Alkaras, Daniil Medvedev və Stefanos Tsitsipasın da çıxış edəcəyi Astana turnirində də yarışmağı planlaşdırır.

Exit mobile version