AUT.AZ

200 milyon avro qabağa düşəcək

“Barselona” yüksək maaş alan 3 futbolçusu ilə ən geci mövsümün sonunda yollarını ayırmaq niyyətindədir.

Aut.az xəbər verir ki, Kataloniya klubunun prezidenti Joan Laporta müdafiəçilər Jerar Pike, Jordi Alba və yarımmüdafiəçi Serxio Busketsin komandada qalmasında maraqlı deyil. Adıçəkilən oyunçular avqustda aparılan danışıq zamanı maaşlarının endirilməsinə razılıq versə də, sonradan onların nümayəndələri bundan imtina edib.

Kapitanların bu davranışından narazı qalan klub prezidenti gələn yay onların satılmasında maraqlıdır. Belə olarsa, “Barsa” 2024-cü ilin yayına qədər Pike-Alba-Buskets “trio”suna ödəməli olduğu 200 milyon avroluq xərcdən də qurtulmuş olacaq.

Qeyd edək ki, Busketsin sözləşməsi mövsümün sonunda bitirsə, Pike ilə Albanın anlaşması 2024-cü ilin yayına kimidir.

Exit mobile version