AUT.AZ

FACİƏ: 174 azarkeş öldü

İndoneziya çempionatının 11-ci turunda faciə yaşanıb.

Aut.az xəbər verir ki, “Aremo” – “Persebaye” (2:3) qarşılaşmasından sonra azarkeşlər arasında baş verən iğtişaş nəticəsində 174 nəfər həyatını itirib.

Bu komandalar arasındakı duel yerli derbi hesab olunur. Ona görə də qarşılaşma azarkeşlərin böyük marağına səbəb olub. Final fitindən sonra “Aremo” azarkeşlərinin davranışı iğtişaşa çevrilib.

Azarkeşlər meydançaya daxil olublar və onlarla polis arasında atışma baş verib. Qəzəblənən fanatlar təhlükəsizlik qüvvələrinə müxtəlif əşyalar atmağa başlayıblar və buna cavab olaraq polis dəyənəklərdən və gözyaşardıcı qaz qumbaralarından istifadə edib.

Belə durum izdiham arasında çaxnaşmaya səbəb olub. Xeyli azarkeş yıxılaraq kütlənin ayaqları altında qalıb. Polis gözyaşardıcı qazdan istifadə etdiyi üçün bəzi fanatlar nəfəs almaqda çətinlik çəkiblər.

Məlumata görə, 34 nəfər stadionda, qalanları isə xəstəxanada ölüb. Ölkənin Daxili işlər naziri bildirib ki, stadionun tutumu 38 min olsa da, 42 min bilet satılıb.

Aut.az

Exit mobile version