AUT.AZ

Təklif var

“Pari Sen Jermen” klubunun rəhbərliyi ulduz futbolçusu Lionel Messiyə yeni müqavilə təklif edib. Nüfuzlu kütləvi informasiya vasitələrinin yaydığı xəbərlər görə, Paris təmsilçisi argentinalı futbolçunun 2024-cü ilə qədər klubda qalmasını istəyir. Mümkün müqavilənin maliyyə şərtlərində fikir ayrılığı var. Messinin PSJ ilə müqaviləsi mövsümün sonunda bitir, argentinalı isə doğma klubu olan “Barselona”ya dönmək istəyir.

Leo cari mövsümə əla başlayıb. Liqa 1 və UEFA Çempionlar Liqasında 11 oyunda meydana çıxan hücumçu 6 qol vurub və 8 məhsuldar ötürmə verib.

 

Aut.az

Exit mobile version