AUT.AZ

Ilk Afrika təmsilçisi oldu

Qətərdə keçirilən dünya çempionatının 1/8 finalında İspaniyaya qalib gələrək 1/4 finala yüksələn Mərakeş millisi tarixə düşüb.

Aut.Az xəbər verir ki, Mərakeş mundial tarixində penaltilər seriyasında qalib gələn ilk Afrika komandası olub.

Əsas və əlavə vaxtda qalibin müəyyənləşmədiyi (0:0) görüşdə penaltilər seriyasındakı dəqiqilik hesabına (3:0) mərhələ adlayan cənubi afrikalılar həmçinin, Kamerun (1990), Seneqal (2002) və Qanadan (2010) sonra bu qitədən 1/4 finala yüksələn dördüncü yığma komandadır.

Mərakeş 1/4-də Portuqaliya ilə qarşılaşacaq. Qarşılaşma dekabrın 10-da baş tutacaq.

Exit mobile version