Kişi fahişəsi

Bəlkə də kimlər üçünsə vətən anlayışı yoxdu. Amma mənim üçün bu anlayış var olub, var və olacaq. O vətənin içində bayrağımız, gerbimiz, bu dövlətin var olması üçün canını fəda edən şəhidlərimiz, qar-yağış bilmədən vətənimizi qoruyan hər bir insan var.Yəqin elə buna görədi ki, ilk dəfə Azərbaycanı tərk edib Türkiyəyə gedəndə özümlə Azərbaycan bayrağı götürmüşdüm. Trabzonun Maçka kəndində qaldığım otelin muzeyindən asdım o bayrağı, dedim qoy bura gələn qonaqlar da bu bayrağı burda görsünlər, dost sevinsin, düşmən dilxor olsun. Hələ oteldən ayrılanda xəbər gəldi ki, Eldarla Nigar Avroviziya musiqi yarışmasında qalib olublar. Xaricdə bu hissi yaşamaq başqa aləm idi...
"Qadının fahişəsi başa düşüləndi, amma kişinin fahişəsi ələ düşməz" - bilmirəm kimin ifadəsidi, məncə, möhtəşəm ifadədi. Söhbət fahişədən düşmüşkən, sizə bir lətifə yazım, sonra sözümün "mustafa"sından bəhs edəcəm.
İllərdi görüşməyən iki dost görüşür. Kişinin biri tez dostundan soruşur: "Qızın böyüdümü? Universitet bitirib?".
Kişi başlayır danışmağa: "Həə, qız böyüdü də, məktəbi bitirdi də, universitetə də girdi. İndi də işləyir. Yaxşı bir yerə işə düzəldi, müdir gördü yaxşı işləyir, vəzifəsini qaldırdı, elədi menecer. Sonra müdir gördü ki, qız bir az da yaxşı işləyir, qızımı özünə köməkçi elədi. Sonra gördü ki, daha da yaxşı işləyir, müdir qızımı özünə müavin təyin elədi. Bir müddət sonra müdir görəndə ki, qız lap super işləyir, götürdü qızıma ayrıca bir ev aldı. İndi qızım heç işə də getmir. İşini evdə görür, müdir də arada gəlir qızımı da, hesabatları da evdə yoxlayır, gedir" .
Öz qızı haqqında danışandan sonra kişi soruşur: "Yəqin sənin də qızın böyüyüb. O nə işlə məşğuldu?". Ağsaqqal qayıdır ki: "Vallah, mənim də qızım sənin qızın kimi fahişədi. Amma sənin kimi "raskrutka" edən dədəsi yoxdu".
Futbol təsərrüfatımızda gündə bir hoqqa olmasa, biz də depressiyaya düşərik. Bəlkə də deyəcəksiz ki, bizə aidiyyatı yoxdu, amma elə bizlikdi. Yəqin bilirsiz, bu günlərdə millimizdə forma geyinmiş bir nankor (Şamil Qurbanov) erməni klubunda oynamaq eşqinə düşərək "mən münaqişələrdən uzaq insanam. Hər iki ölkə arasında problemlərin olduğunu bilirəm, amma tezliklə bunların həll olunmasını arzulayıram. Həm Azərbaycan xalqına, həm də erməni xalqına böyük hörmətim var. Mən sadəcə futbolumu oynamaq istəyirəm" deyə, açıqlama vermişdi. Onlar da qəşəngcə verdilər bunun ağzının payını: "Azərbaycanlı bizdə futbol oynaya bilməz". Gördüz, onlar yenə də öz xislətlərini ortaya qoydu. Belə də ki, düz etdilər. Necə ki, bu gün mən bir erməni öldürməyə hazıram, onlar da buna hazırdı.
Şamil, sən bəlkə də bu gün sənə Azərbaycan millisinin formasını geyindirənlərin gözündə, öz "kruqun" üçün "bomba oğlan" ola bilərsən. Amma mən və mənim kimi düşünənlərin yanında fahişəsən, həm də kişi fahişəsi. Yuxarıda da qeyd etmişdim ha, kişinin fahişəsi ələ düşməz. Sən əlimizə düşmüşdün, amma "raskrutka" edənin də arif adam imiş ki, səni tez aradan çıxardı...
Emin Tarverdiyev Komanda.az
Tarix: 10 Fevral [17:01]
Oxunub: 648 dəfə
Müəllif: Aut.az

Bordin xilaskardırmı?

Aut.az

“Xəzər Lənkəran”a vurulan “dubinka”

Aut.az

Əsgər harayı - YAZI

Aut.az

Qara, qapqara və qarabala

Aut.az

Zaur Axundovun işgüzar imici

Aut.az

Ay dalay-dalay, xırdala!

Aut.az

Böyük tumanın altındakılar

Aut.az

Ceyhun Sultanovun uşaqlıq arzusu

Aut.az

Ramin Musayevin “anekdot”u

Aut.az

“Neftçi”də oynamaqdansa...

Aut.az