"NEFTÇİ" OLSUN, DAVA OLMASİN?

Cəfəngiyyat… Xoşum gəldi. Ara-sıra işlədəcəm. Həyatdı, hərdən karıma gələr. Axı bu sözü Arif Əsədov işlədib. Bizə eyhamla. Eşitdirib ki, «Neftçi»dən istefa verməsinə təhrik olunması yalandı. Elnur Alahverdiyev də yalan idi, nə oldu axırı? Getdimi, Arif bəy? Getdi…
O gedən getdi. «Neftçi» öz saytında yerləşdirdi bu xəbəri. Daha doğrusu, bizim xəbərimizi. Bir neçə gündən sonra. Yekə və qara hərflərlə. Necə gətirmişdilər, elə də qaytardılar. Yenə yazdığımız kimi. 
 
Əsədov onunçün tərifdən bəy libası sifariş vermişdi. Hava və su kimi futbolçu transfer edirmiş yəni. İki ay ötdü, həmin Elnur həmin bəy libasında «Neftçi»dən yoxa çıxarıldı. Kim etdi bunu, Arif bəy? Mənmi, sizmi? Bəlkə onlar? Bəlkə rəhbərlik? Bu etiraf nə olan zaddı ki, dilinizin altında gizlədirsiz? Çətindi, hə… 
 
Çiyinlərimi çəkirəm. Məşqçilərimizə nə olub ki, «Neftçi»də çalışmaqdan ötrü sinvov gedirlər? Tərlan Əhmədov qalmadı. Nazim Süleymanov qalmadı. Böyükağa Hacıyev ikim kərə gedib-qayıdıb. Arif Əsədov da bir kərə gedib və… Qayıdıb. «neftçi»nin bazasını lap su yoluna döndəriblər. Hava dəyişən kimi qaçıbö girirlər ora. Yəqin «Neftçi»nin bazasında maqnit mərkəzi də yerləşir, keçmiş başq məşqçilərini sürətlə özünə tərəf çəkir. Gərək öyrənəm. 
 
Arif Əsədovun istefa sözünə qarşı allergiyası güclüdü. Tutmuşam onu. Elnur Allahverdiyev hadisəsində bir, bu da iki. Üçüncüsünə çatmaz. Yəqin onadək Arif bəyin özünü üçüncü dəfə geri qaytarmaq üçün göndərərlər. Rəhbərlik fantastikdi.
 
Ernest Nforun əsas komandadan qovulmasını da danırlar. Millətin içində baş məşqçiylə futbolçunun sözü çəp gəlib, almırlar boyunlarına. Üzüklərinin qaşı düşər birdən, ona görə vahimə içindədilər. Nədən ehtiyat edirlər, bilmirəm. «Neftçi»nin sakit günü olub ki, yəni? Günü dava-dalaşdı da elə. Xronometraj gərəkdi ki, təkcə son 4-5 ildə baş verən neqativləri ipə düzüb, təsbeh kimi çevirəsən. Bunsuz «Neftçi»ni təsəvvür eləmək olursa da, mən təsəvvür eləmirəm. Xəmiri ağ-qara yoğrulub klubun.
 
Ümumiyyətlə, «Neftçi»nin daş-divarları, havası, nəvəsi ağırdı. Arif Əsədovun yerli-dibli dəy2işməsindən əndişə içindəyəm. Yığmayla ermənilər üzərində parlaq qələb qazanmış bir məşqçinin bu camiənin bağlı qapıları arxasında deformasiya olmasından. O yalan, bu yalan, o olmayıb, bu olmayıb, bəs nə olub? Bəs bu insidentlər zardan yaranır, niyə yaranır? Bu xəbərlər klubu istəməyənlərin təxribat cəhdidisə, Elnur Allahverdiyevi qovanlar «Neftçi»ni istəyənlərdimi? Sadıq Sadıqovla baş məşqçinin görüşündə narazıloıq tonu tavanı deşməyitbsə, Arif bəydə bu əsəbilik nədəndi? Ernest Nforla insident yaşanmayıbsa, məşqi öbzbaşına tərk edib? Bunlar ki, sizin işləklərinizdi. 
Arif Əsədov istefa tədarükünü görməlidi hələ-həlbət. İqor Ponomaryov boş yerə İsveçdən Azərbaycana köçməyib. Ayağı, qulağı, başı, gözü, əli «Neftçi»dədi. Bir məğlubiyyət sonunu gətirəcək Əsədovun. O, bunları özlüyündə analiz etsin, Ponomaryovun nəvəsi bazanın arxasından gəlir
Sportinfo.az
Tarix: 6 Fevral [14:21]
Oxunub: 508 dəfə
Müəllif: Aut.az

Bordin xilaskardırmı?

Aut.az

“Xəzər Lənkəran”a vurulan “dubinka”

Aut.az

Əsgər harayı - YAZI

Aut.az

Qara, qapqara və qarabala

Aut.az

Zaur Axundovun işgüzar imici

Aut.az

Ay dalay-dalay, xırdala!

Aut.az

Böyük tumanın altındakılar

Aut.az

Ceyhun Sultanovun uşaqlıq arzusu

Aut.az

Ramin Musayevin “anekdot”u

Aut.az

“Neftçi”də oynamaqdansa...

Aut.az