Samir Ələkbərovu axtarın...

Tənqid elədiyin olur.. üstündən vədələr keçəndən sonra anlayırsan ki, gərək eləməzdin; doğru olmamışdı yazdıqların. Ancaq bunu heç vaxt səhv, günah saymırsan, çünki ən azı, motiv tənqiddi; tərpənişə səbəb olar, nəinki ziyanı. Pis o sayılar ki, doğru olmayan ünvana, doğru olmayan anda tərif eləyəsən.

Samir Ələkbərov uşaqlığımızın futbol ulduzlarındandı. Şəxsimçünsə ən çox xatirimdə qalan addı. Məhlədə futbol oynayanda özünü Samir Ələkbərova oxşatmaq cəhdi kimi təmiz, incədi bu hörmət. İllər keçir... idman jurnalistisən və simpatiyanı qazanmış futbolçu ilə şəxsən tanış olursan.

Ələkbərovla ünsiyyətim 3 il əvvəl olub. Çox az. Adam hərtərəfli təvazökar, təvazökar, yenə təvazökar.

Çox görmək olar təvazökarlıq nümunələri, ancaq bu adamın sırf naturası budu - sadəlik, mehribanlıq və böyük, lapdan lap böyük ürək...

Ələkbərov Azərbaycan futbolunda pul olmayan vaxtlarda külüng döymüşlərdəndi. Onun haqqı çatır ki, "Azərbaycan futboluna xidmət eləmişəm" desin. Niyə 6 ildi işsizdi?! Susub, çəkilib kənara.. incikdi. Mediaya da danışmır. Min hoqqadan çıxıb, açıqlama, müsahibə verməkçün özünü gündəmə soxan, rəhbərlərə yarınan, iş tapmaqçün cildlər dəyişən adamlar kimi eləmir - "Nə danışım?!" ritorikası ilə susub.

Hələ xatırlamıram ki, kimisə tərifləməkçün bu qədər həvəsli və səmimi olmuşam. Ələkbərovun meydanda olmaması üzür.

Çünki Samir elə təbiətə malikdi ki, çətinliyə düşəndə imdad diləmir, özü vaxtilə möhtəşəm texnikası ilə tamaşaçıları valeh eləsə də, insan kimi həyatını rəvan eləməkçün "texniki gedişlərə" əl atmır.

Yaxşı, bəs qürur, şəxsiyyətini üstün tutması onun kənarda qalmasına niyə səbəb olub?

Bu sualı birbaşa "Neftçi"yə ünvanlanmalıdı.

Ələkbərovun "vikipedia" məlumatlarında görə bilərsiz, "flaqman"ın tarixində ən çox oyun keçirmiş və ən çox qol vurmuş iki nəfərdən biridi.. Banişevski ilə bahəm!

Aydın Bağırov da yazısında qabardıb, "Neftçi"də veteranlara təqaüdlər verilirmiş, bəs hanı Samir Ələkbərov?

Samirin son iş yeri "Xəzər Lənkəran"da məşqçi köməkisi olub. Qorx ki, qeyzli, ikrah hislərinə qapılan "Neftçi" elə məhz bu məqama görə ona təqaüd ayırmayıb...

Ələkbərovun AFFA-nın diqqətindən kənarda qalması, xüsusi tədbirlərdə dəvət almaması, layihələrə cəlb olunmaması.. siz ən yaxşı futbolçu veteranlarınıza sahib çıxmayacaqsızsa, ha milyonlar xərcləyin - futbol qalxmayacaq. Samir kimi nadir "futbol ziyalısı"nı kənarda saxlamaq hörmətsizlikdi. Futbolun da öz ilahi ədaləti var. Haqlının haqqı tanınmayanda top qapıdan içəri keçməz...

Samir Ələkbərovu meydanlarda, iş başında görmək ümidiylə...

 

Tarix: 2 Fevral [23:47]
Oxunub: 612 dəfə
Müəllif: Aut.az

Bordin xilaskardırmı?

Aut.az

“Xəzər Lənkəran”a vurulan “dubinka”

Aut.az

Əsgər harayı - YAZI

Aut.az

Qara, qapqara və qarabala

Aut.az

Zaur Axundovun işgüzar imici

Aut.az

Ay dalay-dalay, xırdala!

Aut.az

Böyük tumanın altındakılar

Aut.az

Ceyhun Sultanovun uşaqlıq arzusu

Aut.az

Ramin Musayevin “anekdot”u

Aut.az

“Neftçi”də oynamaqdansa...

Aut.az