SİZİ SÖYSƏYDİ, BUNDAN YAXŞI İDİ!

Özümü gücsüz hesab etməmişəm. Bəzən olur ki, bir iclasda yığışırıq, klubların taleyindən söhbət gedir, ancaq bir klub rəhbəri futboldan danışmır. Bəzən otururuq bir yerdə, bir də görürsən, veteran futbolçular elə fikir irəli sürürlər ki… Onları çoxunuz tanıyırsız. Boş-boş danışmaqdan başqa işləri yoxdu. Siz də onlara korifey deyirsiz. Bax, onlarla eyni masa arxasında oturanda düşünürəm ki, gör, nə qədər əlacsızam...

Ramin Musayevin bu müsahibəni verməsindən günlər ötüb. Bir veteran dindimi? Veteranlar İttifaqı adlanan mücərrəd qurum və onun hər qazanda qaynayan sədri Oqtay Abdulayev yerindən dilləndimi? Yığışıb bəyanat verdilərmi? Mətbuatı ayağa qaldırdılarmı? AFFA-ya şikayət etdilərmi? PFL-in şüşəbəndini yumruqladılarmı?

Heç birini eləmədilər. Etməyəcəklər də. Etməzlər də. Çün onların diaqnozunu Ramin Musayev düzgün qoyub. Boş-boş danışmaqdan savayı əllərindən nə gəlir? Araq içmək, butulkanın dibinə yıxılmaq, klub rəhbərlərinin kabinetinin qarşısında boyun bükmək, dilənmək, yalvarmaq, 3-5 manat xahiş etmək, çayxanalarda keçmişin naftalin iyi verən hadisələrini xatırlayıb gülmək və.s.  

Mən onları bir işin qulpundan, yan-yörəsindən yapışan görmədim. Liderləri "şofer Oqtay"la nala-mıxa vuran İsgəndər Cavadlov deyilmi? Budu da bunların bayraqdarları. Abdullayev vəzifəli şəxslərin qabağına qaça-qaça, Cavadov vəzifə üçün vay-şüvən sala-sala istəyinə çatıb, indi də dillərini dinməz yerlərində "istirahət" etdirirlər. Kreslo mənəvi hisslərdən üstündü bu yüngülbaşların nəzərində.  
 
Cavadov mərhum Ramiz Mirzəyevin sağlığında AFFA-nın binasını dağıdırdı. Nə idi ki, ovaxtkı prezident AFFA-nın bir küncündə kabinet ayırmamışdı "10 nömrə"yə. Maaş kəsməmişdi, xidmətinə avtomobil verməmişdi, rayonların icra başçıları ilə yeyib-içməyə göndərməmişdi, veteranlara vermək adıyla cibinə pul basmamışdı.
 
Allah Rövnəq Abdullayevin canına dəyməsin, bu şəraiti qurdu. Ancaq demədi ki, sus, futbolun inkişafına faydası olacaq təklifləri saxla özündə. Cavadovun ciddi bir problemli məsələyə toxunmasını, problemi müzakirə etməsini və problemi aradan qaldırmasını nə mən, nə siz, nə də futbol eşitdi. Qulağımız kar deyil. Cavadov lazım olan məqamda kordu.

Bu veteranlar şəxsi problemlərini qabartmaq üçün kluarlara soxulub. Hamı istəyir ki, hazır işə getsin, əlini ağdan qaraya vurmasın, kabinetdə əyləşsin, nərd atsın, axşam qonaqlığa getsin, "Moskovskaya"nı təkbaşına boşaltsın, sürüyə-sürüyə evinin qapısına gətirilsin. Danışanda sovet vaxtından bəh-bəhlə danışırlar. Həmin o sovetin vaxtında nəticə-filan qazamaya-qazanmaya!
 
Həmişə turnir cədvəlinin zirzəmisində "vurub yatıblar". Fəxr edilməli dünəni olmayan veteranları vaqona yığıb Antraktidaya sürgün edərdim mən. İnsan yaşamayan yeganə qitədə boşbozazlıqldarı ilə, işdi, birdən buzlu ayqsberqləri əritdilər, planeti su basdı. Həm bizim, həm də onların canı dincələrdi. 

Hər top çiləyən özünü veteran adlandırır məmləkətdə. Vaxtilə "Neftçi"nin futbolçularını aparıb-gətirən avtobusun sürücüsü işləmiş Oqtay Abdullayevin veteranların öndəri olduğu bu ölkədə futbolun Avropaya inteqrasiyasını deyil də, Amozonkaya oxşamasını gözləməkdə haqıyam. Bir dəyərli ideya fikirləşməyən, bir məqsədin ətrafında birləşməyən, yumruğu bir yerə çırpmayan, yenilik barədə düşünməyən, köhnə günlərlə yatıb-qalxan kəslərə veteran deyəcəmsə, bəs gürcü, ukraynalı, rusiyalı postsovet əfsanələriniı nə adlandırım mən? Yer kürəsindən 400 milyard işıq ili məsafəsində yerləşən planetdən gələnlər? Gedib özünüzə təz ad axtarmayın. Adınızı Ramin Musayev verdi, gedin araq butulkasın Oqtay Abdullayev versin!

Əsl veteran 1-2 nəfərdi. Ortalığa çıxmırlar. Veteran adından sui-istifadə edənlərin əlindən. Qurunun oduna yaş yanır. Ramin Musayev oxu cəm şəkildə yaydan atdı. Yerlərinə mən utanıram veteranların. Meydanın en-uzununu bilməyən, "ofsayd" kəlməsini ilk dəfə duyduğunda gülən, futbola baqqallıqdan gəlmiş birinin aşağılayıcı tonuna reaksiyasız qalırlarsa, daha niyə yaşayırlar bu həyatı?
 
Boşboğazlıq etmək üçün…

sportinfo.az

Tarix: 28 Yanvar [21:50]
Oxunub: 721 dəfə
Müəllif: Aut.az

Bordin xilaskardırmı?

Aut.az

“Xəzər Lənkəran”a vurulan “dubinka”

Aut.az

Əsgər harayı - YAZI

Aut.az

Qara, qapqara və qarabala

Aut.az

Zaur Axundovun işgüzar imici

Aut.az

Ay dalay-dalay, xırdala!

Aut.az

Böyük tumanın altındakılar

Aut.az

Ceyhun Sultanovun uşaqlıq arzusu

Aut.az

Ramin Musayevin “anekdot”u

Aut.az

“Neftçi”də oynamaqdansa...

Aut.az