Alman futbolçu İslamı qəbul etdi - FOTO

Almaniyanın "Nürnberq" klubunun yarımmüdafiəçisi Danni Blum İslamı qəbul edib. Aut.az xəbər verir ki, alman mətbuatı futbolçunun 5 vaxt namaz qıldığını, tez-tez məscidə gedərək ibadət etdiyini, spirtli içkilərdən uzaq durduğunu və qidalarda halal qidaları seçdiyini bildirib. O, ibadət edəndə belə başqalarını narahat etməməyə çalışır.

 

Futbolçunun özü isə İslam dinini qəbul etməsi barədə suallara cavab verəndə bildirib ki, əvvəllər futboldan kənarda əyləncələrlə dolu və məsuliyyətsiz həyatı olub: "Zaman-zaman yaşadığım həyatın hər şey olmadığını anladım və bu haqda düşünməyə başladım. İnternetdən və kitablardan dinlər haqqında araşdırmalar apardım və İslam dini mənə çox maraqlı gəldi. Bu araşdırmalar və öyrəndiklərim məni bu yola, yəni İslama daha da yaxınlaşdırdı. Beləcə mən müsəlman oldum. Artıq həyata həmişə pozitiv baxıram".

 

Futbolçu həmçinin qeyd edib ki, İslam barış dinidi: "Mənim inancım heç kəsi istəmədiyini etməyə məcbur etmir. Seçimimi bildirəndə kimsə mənə pis söz söyləmədi. Olsa belə, bu, məni yolumdan döndərə bilməz. Hər kəsin özünə görə inancı var".

 

Danni Blum ailəsinin bu qərarına reaksiyası haqqında danışanda qeyd edib ki, ailəsi əvvəlcə təəccüblənsə də, sonradan "Bu, sənin öz seçimindi" deyib

Tarix: 26 Yanvar [17:58]
Oxunub: 322 dəfə
Müəllif: Aut.az

Həm voleybolçu, həm maniken - FOTOLAR

Aut.az

"CBC Sport"un baş direktoru və xanımı Türkiyə mediasında - FOTOLAR

Aut.az

Sevgilisindən futbolçuya qələbə hədiyyəsi - FOTOLAR

Aut.az

"Ronaldo mənə erotik mesajlar yazırdı" - FOTOLAR

Aut.az

Məhşur futbolçunun oğlu modellə öpüşərkən görüntüləndi - FOTOLAR

Aut.az

Əkrəm İmamoğlu vida mərasiminə gəldi, azarkeşlər coşdu - FOTOLAR

Aut.az

ÇL matçından əvvəl insident: 120 azarkeş saxlanıldı - FOTOLAR

Aut.az

Türk futbolçunun lüks həyat tərzi - FOTOLAR

Aut.az

Qadın futbolçunun fədakarlığı hər kəsi ağlatdı - FOTOLAR

Aut.az

3 uşaqları var, indi evlənirlər - FOTOLAR

Aut.az