Ramin Musayevin dəlləkliyi

Bu yaxınlarda eşitdim ki, PFL-in prezidenti Ramin Musayev çox darıxıb. Səbəbi bəzinizə aydın olmasa da, mənə aydındı. PFL prezidentini darıxdıran səbəb çox sadədi - "Topaz"dı.

Amma bu yazıda "Topaz" və Ramin Musayev cütlüyündən yazmayacam. Bugünkü mövzumuz (bu yerdə özümü universitetin auditoriyasında mühazirə oxuyan professor kimi hiss etdim) Ramin Musayevin "dəlləklik siyasəti" haqqındadı.

Məsələ belədi. Keçən il "Topaz" və Ramin Musayev dastanından yazırdım. Bəzi materiallar lazım idi. Birdən gözüm "aut.az" saytında Ramin müəllimin müsahibəsinə sataşdı. Maraq üçün müsahibəni axıra kimi oxudum. Müsahibənin ortasında (futbol diliylə desək, mərkəzində) çox maraqlı sual-cavab olub. Həmin hissəni hörmətli oxucuya və Ramin Musayevə çatdırmağı özümə borc bilirəm:

- Ancaq o vaxtlar millidə bu qədər legioner yox idi...
- O vaxtı da legionerlər vardı. Ən azından Rövnəq Abdullayevin vaxtında gələnlər müsəlmandılar.
- O zaman Reynaldo da müsəlman olacaq?
- Bəli...

Birinci sualın cavabını saxlayaq sonraya. Çünki bu sualın cavabı başdan ayağa siyasətdi. Mən də siyəsətdən uzaq biri kimi gərək siyasətin nə olması haqqında bir-iki bədii kitab oxuyam.

Dərhal keçək ikinci sual-cavaba.

Son zamanlar İŞİD, "Charlie Hebdo" satirik jurnalı, Suriya, İraq söhbətləri geniş vüsət aldığından, Ramin müəllimin Reynaldonu müsəlmanlaşdırmaq istəməsi çox maraqlı gəldi.
Kişi cinsinin müsəlmanlaşdırılmasının ilkin şərti kəlmeyi-şəhadətdən əvvəl onu sünnət eləməkdi. Ramin müəllim də çox güman ki, Reynaldonun sünnət olunmadığını dəqiq bilir və bu səbəbdən toy hazırlıqlarına bir neçə ay əvvəl start vermişdi. Nəsə bu məsələ çox uzanıb.

Sünnət məsələsinin uzanmasında bir neçə səbəb ola bilər. Əsas səbəblərdən biri məhərrəmlik ayının bu aralığa düşməsi də ola bilər, İŞİD-in Suriya və İraqda kəsdiyi başlar da. Ramin müəllimin isə əsl müsəlman kimi Reynaldonun "prepus"unun kəsilməsini bu səbəbdən ertələməsi inandırıcı görünür.

Sünnət toyunun uzanmasında digər səbəb də ola bilər. Belə ki, sünnət toyunun əsas atributlarından biri olan kirvənin hələ də müəyyənləşdirilməməsi az qalıb ki, FİFA səviyyəsində müzakirə olunsun. Sadəcə bu məsələnin FİFA prezidentinə şifahi çatdırılması, Blatterin bunu anlamaması və ritorik "İŞİD baş kəsir, bunlar da Reynaldonun "prepus"unu kəsmək istəyir" sualı ilə cavablandırması Ramin müəllimi pis durumda qoyub.

Biz isə səbirsizliklə Reynaldonun müsəlman olacağı günü gözləyirik. Əlbəttə ki, Ramin Musayevin Reynaldoya dəlləklik etməsini də.

P.S. Darıxma, Ramin müəllim (bu yerdə Ramin Musayevdən uzaq, məşhur lətifə yadıma düşdü), sizi tez-tez yad edəcəm.

Mehman Muradlı  Komanda.az

Tarix: 16 Yanvar [10:20]
Oxunub: 761 dəfə
Müəllif: Aut.az

Bordin xilaskardırmı?

Aut.az

“Xəzər Lənkəran”a vurulan “dubinka”

Aut.az

Əsgər harayı - YAZI

Aut.az

Qara, qapqara və qarabala

Aut.az

Zaur Axundovun işgüzar imici

Aut.az

Ay dalay-dalay, xırdala!

Aut.az

Böyük tumanın altındakılar

Aut.az

Ceyhun Sultanovun uşaqlıq arzusu

Aut.az

Ramin Musayevin “anekdot”u

Aut.az

“Neftçi”də oynamaqdansa...

Aut.az