Avropa Oyunlarının ulduz səfirləri məlum oldu – SİYAHI + FOTO

Onların hər biri bir idman növünü təmsil edəcək.

Bu gün Bakı Muğam Mərkəzində Bakı 2015 Avropa Oyunlarının ulduz səfirləri seçilib.

Aut.az xəbər verir ki, seçim şou-biznes, ictimaiyyət və televiziya nümayəndələri arasında baş tutub.

Avropa Oyunlarının ulduz səfirləri seçilənlər arasında Eldar Qasımov, Nikki Camal, Tünzalə Ağayeva, Murad Dadaşov, İlkin Həsəni, Röya, Cabir İmanov, Tahir İmanov, Rafael İsgəndərov, Coşqun Rəhimov, Miri Yusif, Dj Shock, Bəhram Bağırzadə də var.

Ulduzların hər biri bir idman növünü təmsil edəcək.

Tədbirdə bildirilib ki, ulduz elçilər iyunun 12-də başlayacaq idman tədbirləri haqqında müraciətlərini və mesajlarını bölüşmək məharətindən istifadə etməklə Bakı 2015 Avropa Oyunlarının Azərbaycan və Avropada geniş tamaşaçı kütləsinə çatdırılmasına imkan yaradacaq.

Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq oyunların təbliğ olunmasında iştirak edən elçilərə uğurlar arzulayıb:

“Bizə göstərdikləri dəstəyə görə ulduz elçilərimizin hər birinə təşəkkür edir və qarşıdan gələn aylarda onlarla birgə işləməyi səbirsizliklə gözləyirik”.

İdman növləri üzrə seçilən ulduz səfirlər:

Eldar Qasımov və Nikki Camal badminton üzrə ulduz səfiri

Dj Shock atletika üzrə ulduz səfiri

Miryusif basketbol üzrə ulduz səfiri

Röya avarçəkmə üzrə ulduz səfiri

Tünzalə Ağayeva atıcılıq üzrə ulduz səfiri

Murad Dadaşov su idmanı üzrə ulduz səfiri

İlkin Həsəni velosiped idmanı üzrə ulduz səfiri

Cabir İmanov və Tahir İmanov voleybol üzrə ulduz səfiri 

Rafael İsgəndərov və Coşqun Rəhimov stolüstü tennis üzrə ulduz səfiri

Bəhrəm Bağırzadə çimərlik futbolu üzrə ulduz səfiri

Tarix: 14 Yanvar [00:34]
Oxunub: 894 dəfə
Müəllif: Aut.az

Həm voleybolçu, həm maniken - FOTOLAR

Aut.az

"CBC Sport"un baş direktoru və xanımı Türkiyə mediasında - FOTOLAR

Aut.az

Sevgilisindən futbolçuya qələbə hədiyyəsi - FOTOLAR

Aut.az

"Ronaldo mənə erotik mesajlar yazırdı" - FOTOLAR

Aut.az

Məhşur futbolçunun oğlu modellə öpüşərkən görüntüləndi - FOTOLAR

Aut.az

Əkrəm İmamoğlu vida mərasiminə gəldi, azarkeşlər coşdu - FOTOLAR

Aut.az

ÇL matçından əvvəl insident: 120 azarkeş saxlanıldı - FOTOLAR

Aut.az

Türk futbolçunun lüks həyat tərzi - FOTOLAR

Aut.az

Qadın futbolçunun fədakarlığı hər kəsi ağlatdı - FOTOLAR

Aut.az

3 uşaqları var, indi evlənirlər - FOTOLAR

Aut.az