Bir müddət də başımızı Eddi ilə qatarıq...

Qışın gözəlliyi qardır. Qara torpağı ağa bürüyür, hər tərəfi gözəlləşdirir,  uşaqları sevindirir. Görəsən, Azərbaycanda ələ düşməyən və bu gəlişi ilə hər tərəfi ağ örpəyə bürüyən qar futbolumuza da Eddi ilə birlikdə ağ gün gətirəcəkmi? Hər halda AFFA-nın baş katibi də buna inanır. Elə bəlkə də bu qarlı günlərdə İstafilovun millidə oynamaq məsələsi həll olunduğuna görə futbolçunun anası ilə görüşdən sonra Elxan Məmmədov isti-isti danışırdı. 

 

Əslində, İspaniya La Liqasında oynayan futbolçunun gücünə şübhə etmirəm. Amma bir futbolçu ilə yığmamız düzələcəkmi? 6 il onsuz da pis vəziyyətdə olan millimizi daha bərbad günə qoyan Berti Foqtsun zamanında da milliyə belə futbolçular dəvət olunmuşdu. Məsələn, həmin vaxt komandamıza gələn Əli Gökdəmir “Hannover”də, Ufuk Budak “Əskişəhərspor”da, Cihan Özkara da əvvəlcə Almaniyanın “Ahlen”, sonra isə Türkiyədə “Sİvasspor”da çıxış edirdi.

 

Gəldilər və getdilər. İndi hamısı oynadıqları klublardan elə qovulub ki... Gökdəmir millimizdə oynaya-oynaya gəldi çıxdı “Simurq”a, Ufuk Budak birinci liqada mübarizə aparan və Superliqaya çıxmaq üçün şansı olmayan “Qazientep BB”yə getdi, Özkara isə ümumiyyətlə, klubsuzdur. O zaman Elxan Məmmdov onlar haqqında indi Eddini təriflədiyi kimi danışırdı. 

 

Bizə heç 5 Eddi də bəs eləməz. Ölkəndə futbolçu yetişmirsə, düzgün strategtiya qurmaqla futbolçu yetişdirə bilmirsənsə, nə Eddiyə, nə Messiyə 500 min, 1 milyon manat verməklə dəyişən heç nə olmayacaq. 9 milyonluq bir ölkədən 11 futbolçu tapa bilmirsənsə və hər gün futbolun inkişafından danışırsansa, sonra da gedib Eddiləri yığıb milliyə gətirirsənsə, pul qarşılığında oynadırsansa, vay futbolumuzun, yığmamızın halına.

 

İsrafilovun yığmamıza gəlişini alqışlayanlar da var. Onun ilk dəfə millimizdə oynamaq məsələsi gündəmə gələndə meneceri AFFA-dan yarım milyon pul istəmişdi. Səbəbi isə sadədi – “Eddi azərbaycanlı deyil”. O, İspaniyaya bağlıdır və əminəm ki, özünü ispan sayır. Elə buna görə də prineylilərin baş məşqçisi Visente Del Boskedən təklif gözləyirdi. Amma bu təklif olmayınca onun üçün ikinci klub mahiyyəti daşıyan Azərbaycan millisini seçdi. 

 

Aleksandr Əliyevi, Emin Mahmudovu zamanında milliyə gətirmək istəyən Elxan Məmmədov bunu bacarmamışdı. Çünki birinci özünü rus saydığı üçün Rusiya millisini seçmişdi. Mahmudov da karyerasına zərbə vurmamaq üçün və Rusiya millisində çıxış edəcəyinə ümid etdiyi üçün yığmamızdan imtina etmişdi.

 

Əgər Eddi İsrafilov həqiqətən özünü azərbaycanlı saysaydı, elə ilk təklifdəcə “hə” deyib yığmamızın formasını geyinməyə razı olardı. Daha millimizin baş məşqçisi Robert Prosineçkinin, Elxan Məmmədovun xahişlərini gözləməz, anasını kluba transfer olunurmuş kimi danışıqlara göndərməzdi. Elə İspaniya mətbuatına müsahibə verib Azərbaycan yığmasında oynamaq istədiyini deyərdi. Bəlkə də Robert Prosineçki də Foqtsun bir davamçısı olacaq Eddi kimiləri milimizdə oynatmaqla, sonra onların uğursuz olduğunu görüb digərlərini dəvət etməklə daha bir neçə il bizə zərbə vuracaq. 

 

Hə indi durub deyəcəksiz ki, yox bu Foqts kimi deyil klublarımızın oyununu izləyir, Antalyaya onların təlim-məşq toplanışına başlayır. Futbolumuz olmasa da, yaxşı atalar sözlərimiz var: “Özünə yer eləyir”

 

Cənablar, bu ölkədə futbolçu yetişdirin, bu torpağı sevən, çörəyini yeyənlərin milli komandada oynamasına və Eddidən də güclü olmasına çalışın. Elə Cihanlara, Əlilərə, Ufuklara və Eddilərə verdiyiniz pullarla. Gəncəyə, Tovuza və digər futbolçularımızın yetişdiyi zonalara diqqət edin. Ən azı yaxın 10 ildə siz 500 min verib millidə Eddi oynatmayacaqsız. Özümüzünkilər olacaq.

 

P:S Eddi, ehtiyatlı ol. Yoxsa 2 ildən sonra sən də “Sumqayıt”da oynaya bilərsən.

 

Elsevər Məmmədov   Qafqazinfo.az

 

 

Tarix: 13 Yanvar [00:05]
Oxunub: 485 dəfə
Müəllif: Aut.az

Bordin xilaskardırmı?

Aut.az

“Xəzər Lənkəran”a vurulan “dubinka”

Aut.az

Əsgər harayı - YAZI

Aut.az

Qara, qapqara və qarabala

Aut.az

Zaur Axundovun işgüzar imici

Aut.az

Ay dalay-dalay, xırdala!

Aut.az

Böyük tumanın altındakılar

Aut.az

Ceyhun Sultanovun uşaqlıq arzusu

Aut.az

Ramin Musayevin “anekdot”u

Aut.az

“Neftçi”də oynamaqdansa...

Aut.az