"Simurq" Antalyada məşqlərə başladı - FOTOLAR

Azərbaycan Premyer Liqasında yaranmış qış fasiləsi ilə əlaqədar bir necə günlük istirahətdən sonra "Simurq" hazırlıqlara başlayıb. 

Aut.az xəbər verir ki, yanvarın 6-da birbaşa Antalyaya təlim-məşq toplanışına yollanan komanda "Sirena Belek" otelində məskunlaşıb. Zaqatala təmsilçisi qardaş ölkəyə aşağıdakı heyətlə yola düşüb:
 
Qapıçılar: Pavel Kapsa, Amil Ağacanov, Rəşad Əzizli.
Müdafiəçilər: İlkin Qırtımov, Kənan Müslümov, İdan Vaytsman, Adam Banaş, Rüstəm Məmmədov, Tural Axundov, Əli Gökdəmir.
Yarımmüdafiəçilər: Samir Zərgərov, Murad Səttarlı, Patrik Osiako, Benjamin Lambot, Stepan Polyak, Marko Stanoyeviç, Elnur Abdullayev, Vadim Abdullayev, Vüqar Mustafayev, Nicat Muxtarov.
Hücumçular: Draqan Çeran, Rəşad Eyyubov, Orcu Balaşlı.
 
Gündə iki dəfə olmaqla məşqlərə başlayan "Simurq", təlim-məşq proqramına əsasən futbolçuların ilk bir həftə ərzində fiziki ağırlıqlı çalışmaları yerinə yetirəcək. Daha sonra isə taktiki və texniki ağırlıqlı hazırlıqlara start veriləcək. Bu hissədə Georgi Çixradze yetirmələrini yoldaşlıq görüşlərində sınaqdan keçirdəcək. 
 
"Simurq"un təlim-məşq praqramında bəzi dəyişikliklər də edilib. Komanda toplanış çərçivəsində əvvəlcədən bildirildiyi kimi 4 yox, 5 yoldaşlıq görüşü keçirdəcək. Qarşılaşmalar yanvarın 13-də, 15-də, 18-də, 21-də və 24-də baş tutacaq. Georgi Çixradzenin yetirmələrinin ilk rəqibi Əlcəzairin "Əl-Eyulma" klubu olacaq. Oyun Bakı vaxtı ilə saat 17: 30-da start götürəcək. İkinci görüşdə "sarı-qaralar" Albaniyanın "Partizani" kollektivi ilə üz-üzə gəlməli idi. Ancaq onların təlim-məşq toplanışına gəlməməsi səbəbindən "Simurq" Almaniyanın "Dyusburq" klubu ilə görüşdə gücünü sınaqdan keçirəcək. Üçüncü və dördüncü yoxlama oyunları Qazaxıstanın "İrtış" və Rumıniyanın Curcu şəhərinin təmsilçisi "Astra" klubları ilə olacaq. Komandamızın sonuncu sparrinq rəqibi isə Ukraynanın "Volın" kollektivi olacaq. 
 
Son yoxlama matçından sonra "Simurq" tam heyətlə ölkəyə qayıdacaq və  Premyer Liqanın XIX turunun hazırlıqlarını doğma arenada davam etdirəcək. 
 
Qış "transfer pəncərəsi"ndə Zaqatala təmsilçisi heyətini də gücləndirməyi planlaşdırır. Təlim-məşq toplanışı çərçivəsində klub rəhbərliyi məşqçilər korpusunun istəyi əsasında komandaya mərkəz müdafiəçisi və hücumcu qatmağa çalışacaq. Artıq bir necə futbolçu ilə danışıqlar gedir.  
Tarix: 8 Yanvar [12:33]
Oxunub: 470 dəfə
Müəllif: Aut.az

Messi ilə oteldə tanış oldu, bu gün rəqib olacaqlar - FOTOLAR

Aut.az

Hamı model olduğunu düşünürdü, amma... - FOTOLAR

Aut.az

“Mançester Siti”ni meydana 102 və 98 yaşlı bacılar çıxardı - FOTO

Aut.az

Ulduz futbolçu bu gözəllə sevgilidi - FOTOLAR

Aut.az

Şirniyyat bişirən qapıçı oldu - FOTOLAR

Aut.az

Bir futbolçudan ayrıldı, başqası ilə sevgili oldu - FOTOLAR

Aut.az

Neymarın sevgilisi festivala elə geyimdə qatıldı ki... - FOTOLAR

Aut.az

Futbolçusunun başını dişlədilər - FOTO

Aut.az

Ramil Quliyevin ukraynalı həyat yoldaşı - FOTOLAR

Aut.az

Klub çempion futbolçularını satıb keçi aldı - FOTOLAR

Aut.az