Allahın zopası

...Və bu gün o adamlar “onu Allaha tapşırmışam, Allah onunla bilsin” deyir ki, onlar özləri dəfələrlə Allaha tapşırılıb, Allahdan onlara cəza arzulanıb.

Anar Salmanov adının FİFA hakimlərinin siyahısından çıxarılmasına görə AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu Allaha tapşırıb. Məmmədov da Salmanovun yerində saydığını, inkişaf etmədiyini, zəif olduğunu, nə bilim, obyektiv olmadığını falan-filan deyib.

Sonra bunlar - bu insanlar, adamlar, fərdlər, şəxslər, bütün həyatları boyu daim hansısa komandanın evini yıxanlar, sifarişlə oyun idarə etmişlər, etməkdə davam edənlər “Qarabağ”a qarşı çex hakimin haqsızlıq etdiyindən danışırlar. Bunlar - bir-birini Allaha tapşıranlar, bir-birini ədalətsizlikdə, haqsızlıqda, qeyri-obyektivlikdə, savadsızlıqda, zəif hakim olmaqda suçlayanlar çexiyalı referinin ünvanına olmazın sözlər deyirlər.

Mən möhvumatçı biri deyiləm, etiraf edirəm, Allaha da tez-tez müraciət etmirəm. Amma bəlkə də “Qarabağ”ın başına gələnlər bu ölkənin futbolunda hər il, hər ay, hər gün yaşanan haqsızlıqların, cinayətlərin hesabının kiçik bir hissəsi idi. Allahın zopası yoxdu ki, Xaqani Məmmədovun, Anar Salmanovun, onlara sifariş verənlərin, verməkdə davam edənlərin başına vursun. Allah yəqin ki, öz günahkar bəndələrini belə cəzalandırır. Eynən narkoman ataya şikəst övlad vermək misalı kimi. Bu məqamda narkoman kimdi, şikəst övlad kimdi, siz anlarsız.

Anar Salmanov Azərbaycanı beynəlxalq arenalarda təmsil etdi nə olacaq, etmədi nə olacaq? Bu günə kimi Anara azmı şans verilib? Azmı ev yıxıb, azmı komandanın halal qələbəsini əlindən alıb? Xaqani Məmmədova hakim kimi, Hakimlər Komitəsinin sədri kimi azmı şans verilib? Nə ediblər Azərbaycan üçün? Ancaq və ancaq ev yıxıblar, sifarişlə oyun idarə ediblər və sair və ilaxır.

Etirazınız varmı, Xaqani müəllim, Anar bəy? Etirazınız varsa, növbəti yazıların birində hakimlik karyeranız ərzində “macəralarınız”ı bir-bir xatırlada bilərəm.

İndi isə hər ikinizi Allaha tapşırıram: Allah sizi qorusun! Ki, yaxşılarla pislər arasında müqayisə aparmaq üçün hər zaman nümunə olsun.

Rəşad Ergün   Komanda.az

Tarix: 17 Dekabr [16:28]
Oxunub: 609 dəfə
Müəllif: Aut.az

Bordin xilaskardırmı?

Aut.az

“Xəzər Lənkəran”a vurulan “dubinka”

Aut.az

Əsgər harayı - YAZI

Aut.az

Qara, qapqara və qarabala

Aut.az

Zaur Axundovun işgüzar imici

Aut.az

Ay dalay-dalay, xırdala!

Aut.az

Böyük tumanın altındakılar

Aut.az

Ceyhun Sultanovun uşaqlıq arzusu

Aut.az

Ramin Musayevin “anekdot”u

Aut.az

“Neftçi”də oynamaqdansa...

Aut.az