Yalnız bizdə

Dostlar, inciməyin, elə futbolumuz kimi də mətbuatımız var. Gündəmi izləmək, kənarda qalmamaq üçün xəbər saytlarında gəzişirdim. Diqqətimi çəkən məqamlar oldu və istədim bunları sizinlə bölüşüm. Əsasən portallarda xəbər başlıqlarından sonra "Yalnız Bizdə"lər nəzərə çarpır. Bir xeyli düşündükdən sonra elə mətbuatımız kimi futbolda da yalnız bizə aid olanlar yadıma düşdü. Cümlələrimlə sizi çox yorub futbolumuzun, mətbuatımızın gününə salmamaq üçün həmin "yalnızlar"dan danışmaq lap yerinə düşər.
 
Təsəvvür edirsiniz....?
 
Yalnız bizdə futbol federasiyasında futbolu anlamayanlar oturub, futboldan danışır.
Yalnız bizdə futbol federasiya rəhbərliyi milli komandanın hər məğlubiyyətində baş məşqçini günahkar sayır.\
Yalnız bizdə futbol federasiyasının rəsmiləri klub "saxlayır".
Yalnız bizdə hakimlikdən qovulanlar Hakimlər Komitəsində əyləşib.
Yalnız bizim futbolda qurum rəhbəri qələm əhlinə "bajıoğlu" deyə müraciət edir.
Yalnız bizdə bir şəxs bir neçə kluba "day-dayılıq" edir.
Yalnız bizdə klub rəsmisi AFFA rəsmisinə "sən bizim oyuna gəlmə" deyir.
Yalnız bizdə tribunada 500 nəfər azarkeşi olan kluba "səni milyonlar sevir" deyilir.
Yalnız bizdə baş məşqçilər düşər-düşməzlə çalışır.
Yalnız bizdə klubdan göndərilən şəxslər yenidən həmin klubda vəzifəyə gətirilir.
Yalnız bizdə oyundan sonra məşqçilərm şablon çıxış edir və rəqibini "layiqli" adlandırır.
Yalnız bizdə millinin baş məşqçisinə milli sərvətimiz olan avtafa verilir.
Yalnız bizdə jurnalistlərə qəndlə çay hədiyyə edilir.
Yalnız bizdə azarkeşlərə orta barmaq göstərən futbolçular sevilir.
Yalnız bizdə klublara tanışlıqla futbolçu satılır.
Yalnız bizdə komandaya baş məşqçi gətirilməmiş futbolçu transfer edilir.
Yalnız bizdə klub rəsmiləri jurnalistlərlə qardaş münasibəti saxlayır.
Yalnız bizdə jurnalistlər klublara futbolçu satır.
Yalnız bizdə klubların mətbuat katibləri "ərk edib" jurnalistlərə "qaqa bu yazını çıxart" deyir.
Yalnız bizdə komandanın transfer siyasətini vitse-prezident ələ keçirir.
Yalnız bizdə 3-5 manata bir sayt açan özünü jurnalist adlandırıb reklam tələb edir.
Yalnız bizdə beynəlxalq turnirlər zamanı futbolun f-sından yazmayan "Lapatka" (ad şərtidir) qəzetinin əməkdaşları oyuna buraxılış istəyir.
Yalnız bizdə mətbuat nümayəndələri stadionda olmayaraq həmin oyundan yazı yazır.
Yalnız bizdə qışın oğlan çağında stadionda 2-3 jurnalist olur ki, bunlarda həmin oyunda meydana çıxan komandaların azarkeş sayından çoxdur.
Yalnız bizdə klub rəsmiləri daha çox baş redaktorlarla "otnoşeniya" yaratmağa çalışır.
Yalnız bizdə reklam verən yox, verməyən daha çox tənqid edilir.
Yalnız bizdə futbolçunun avtomobilindən 25 min manat pul oğurlanır.
..... və yalnız bizdə mənim yazdığım bu yazı belə diqqətlə oxunur.
 
Bu yalnızları artırmaq da olar. Ancaq dəyəri minib-düşən futbolumuzu daha da dəyərləndirmək istəmirəm. Çünki futbolumuz dəyəri yüksəldikcə onu dəyərə qaldıranlar unudulur.
 
Yalnız sizin üçün yazdı:
 
Rövşən ƏHLİMANOĞLU
Tarix: 8 Dekabr [17:41]
Oxunub: 598 dəfə
Müəllif: Aut.az

Bordin xilaskardırmı?

Aut.az

“Xəzər Lənkəran”a vurulan “dubinka”

Aut.az

Əsgər harayı - YAZI

Aut.az

Qara, qapqara və qarabala

Aut.az

Zaur Axundovun işgüzar imici

Aut.az

Ay dalay-dalay, xırdala!

Aut.az

Böyük tumanın altındakılar

Aut.az

Ceyhun Sultanovun uşaqlıq arzusu

Aut.az

Ramin Musayevin “anekdot”u

Aut.az

“Neftçi”də oynamaqdansa...

Aut.az