AFFA xəyanətdən qurtulacaq?

Ruslar nəhayət ki, səhv addım atdıqlarını anladılar. Rusiya Premyer-Liqasına tətbiq olunan legioner limitini ləğv edirlər. Onlarda da limit bizdəki kimi idi - 6+5. Rusiya Futbol İttifaqı bu limiti tətbiq edərkən, yerli futbolçuların inkişafını nəzərə almışdı. Guya. Guya ruslar əsas heyətdə oynamaqla daha çox təcrübə qazanacaqdılar. Ancaq zaman göstərdi ki, limit tətbiqi Rusiya futboluna böyük zərbədi. Yerli futbolçular daha çox oynamaq şansı qazansa da, onların inkişafına nail olunmadı. Əsas heyətdə yerini təmin etmiş rus futbolçu səviyyəsini artırmaq əvəzinə, üstün keyfiyyətlərini də itirdi. Bu amil Rusiya millisinin və klublarının da çıxışına təsir etdi. Üstəlik, yerli futbolçuların qiyməti fantastik həddə yüksəldi. Belə olan təqdirdə, rus futbolçuda Avropada oynamağ stimulu olmadı. Pul da var, əsas heyətdə yer də. Bahalı maşın, ev də öz yerində. Daha başqa ölkə nəyə lazım?
 
Rusiyanın futbol funksionerləri ayıldılar. Ayıldılar ki, bu mentalitetə, düşüncəyə sahib olan futbolçuları əsas heyətdə oynatmaqla inkişaf əldə etmək olmaz. Elə ona görə də limiti dəyişmək qərarına gəliblər. Bundan sonra Rusiyada limit 10+15 həddində olacaq. Yəni limit komandaların meydana çıxan heyətinə yox, iştirak ərizəsinə tətbiq ediləcək. Hər bir komanda iştirak ərizəsinə 10 legioner, 15 yerli futbolçu salacaq. Kim güclüdürsə, o da oynayacaq. Rusiyalı funkisonerlər ağıllanıblar, deyirlər ki, yalnız sağlam rəqabət sayəsində rus futbolçunun inkişafını təmin etmək olar. 
 
Azərbaycan çempionatında da limit 6+5-di. Limit tətbiq olunarkən AFFA rəsmiləri yerli futbolçuların daha çox oyun təcrübəsi qazanacaqlarını və inkişaf edəcəklərini deyirdi. Olmadı. İndiyə qədər hansı yerli futbolçu mütəmadi oynamaqla səviyyəsini artırıb? Yoxdu beləsi. Əslində, o vaxt hazırkı limit tətbiq olunarkən, AFFA-nın baş katibi Elxan Məmmədov klub futbolunu inkişafdan saxlamağı düşünürdü. Çünki millinin nəticələri klub futbolunun inkişafına adekvat olmayınca, Elxan Məmmədovun yarıtmaz fəaliyyəti önə çıxırdı. Öz maraqlarını nəzərə alan baş katib, Azərbaycanın maraqlarını tapdaladı. İstedadı olmayan azərbaycanlı futbolçular məcburən heyətə salındı. Baş katiblə Berti Foqtsun menecerlik etdiyi futbolçu yığını rahatlıqla klublara yerləşdirildi. Yerli futbolçuların qiyməti, baş katibin gəliri artdı. 
 
Ruslar səhvlərini anladılar. İndi limiti ləğv edirlər. Rusiya Futbol İttifaqının rəhbərləri sağlam düşünəyə sahib olduqları üçün səhvi düzəldirlər. AFFA rəhbərliyi necə, sağlam düşüncəyə əsaslanıb, baş katibin xəyanətindən qurtulacaqmı?
 
Bunun üçün əvvəlcə xəyanətkarın özündən qurtulmaq lazımdı axı... 
 
Rekord.az

 

Tarix: 8 Dekabr [15:30]
Oxunub: 691 dəfə
Müəllif: Aut.az

Bordin xilaskardırmı?

Aut.az

“Xəzər Lənkəran”a vurulan “dubinka”

Aut.az

Əsgər harayı - YAZI

Aut.az

Qara, qapqara və qarabala

Aut.az

Zaur Axundovun işgüzar imici

Aut.az

Ay dalay-dalay, xırdala!

Aut.az

Böyük tumanın altındakılar

Aut.az

Ceyhun Sultanovun uşaqlıq arzusu

Aut.az

Ramin Musayevin “anekdot”u

Aut.az

“Neftçi”də oynamaqdansa...

Aut.az