Oğuz Çetin: "Mən geridə qalan oyunları düşündükcə təəssüflənirəm"

"Daha çox qol vura bilərdik"

 

Azərbaycan Premyer Liqasının XV turunda “Qəbələ”ni məğlub edən “Xəzər Lənkəran” turnir cədvəlinin 4-cü pilləsinə yüksəldi.

Aut.az xəbər verir ki, "Xəzər Lənkəran" klubunun baş məşqçisi Oğuz Çetin qarşılaşma haqqında bunları söyləyib:

 

“Bir oyuna çıxarkən çox arzulu, istəkli olsan, komandanın oyunu da yaxşı alınır. Futbolçularımız oyun ərzində çox istəkli idilər. Topun daha çox bizdə qalması və ötürmələrin dəqiq olması nəticəsində qollar vurduq. Rəqibi təzyiqdə saxladıq. Hər şeyin mükəmməl olduğunu deyə bilmərəm. Komanda istəkli olanda səhvlər azalır. Rəqibə şans vermədən 3 qol vurduq. Amma daha çox qol vura bilərdik. Mən geridə qalan oyunları düşündükcə təəssüflənirəm. 18 xalımız var, xal fərqini daha da azaltmalıyıq. Heç bir rahatlıq olmamalıdır. Biz eyni ciddiyəti qorumalı və “Bakı” ilə oyuna da qələbə üçün çıxmalıyıq”.

Tarix: 7 Dekabr [20:05]
Oxunub: 190 dəfə
Müəllif: Aut.az

Elədi, “Gedin, sabah gələrsiz”!

Aut.az

"Turan Tovuz"un Müşahidə Şurasının yeni üzvləri təqdim olundu - FOTOLAR

Aut.az

Gəncədə yeni futbol komandası yaradıldı

Aut.az

Azərbaycan Premyer Liqası: 6-cı turun təyinatları açıqlandı

Aut.az

“Qarabağ” – “Zirə” matçının hakimləri bəlli oldu

Aut.az

"Sumqayıt"ın məşqçisi hakimi vurdu -10 oyunluq cəza aldı

Aut.az

AFFA Samir Abasovla Bordini cəzalandırdı

Aut.az

Qurban Qurbanov FİFA-nın sorğusunda kimə səs verib?

Aut.az

UEFA-dan “Qarabağ”a milyonlarla avro!

Aut.az

İsraildə doğulan futbolçu Azərbaycan millisində oynamaq istəyir

Aut.az