“Böyük Dəbilqə”: ilk gün, 4 cüdoçu, 3 medal - VİDEOLAR

Abu-Dabidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirinin startı Azərbaycan millisi üçün uğurlu alınıb. İlk yarış günündə tatamiyə çıxan 4 cüdoçumuzdan 3-ü medal qazanıb.

 Komandamızın heyətində ən yaxşı nəticəni 60 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov göstərib. O, finalda Amartuvşin Daşdavaaya (Monqolustan) qalib gələrək, komanda yoldaşı İlqar Müşkiyevin revanşını alıb. Çünki monqolustanlı cüdoçu həlledici görüşə gedən yolda təmsilçimizə qalib gəlməsəydi, Abu-Dabidə Azərbaycan finalı olacaqdı.

 66 kq çəki dərəcəsində tatamiyə çıxan Tərlan Kərimov da uzun müddətdən sonra medal həsrətinə son qoyub. Lakin finala kimi inamla irəliləyən Dünya Kubokunun sahibi Dmitri Şerşana (Belarus) qalib gələ bilməyib və gümüş medalla kifayətlənib.

 Onlarla yanaşı, komandamıza daha bir mükafatı Müşkiyev (60 kq) qazandırıb. Həmyerlimiz 3-cü yer uğrunda görüşdə ispaniyalı Fransisko Qarriqosa heç bir şans verməyib.

 Digər cüdoçumuz Vüqar Şirinli (66 kq) 1/8 finalda uduzub. O, almaniyalı Sebastian Seidllə dueldən məğlub ayrılıb.

 Qeyd edək ki, noyabrın 2-də bitəcək “Böyük Dəbilqə”də daha 7 idmançımız gücünü yoxlayacaq.

 

Tarix: 1 Noyabr [13:35]
Oxunub: 648 dəfə
Müəllif: Aut.az

İdmançıların olduğu təyyarə qəzaya uğradı: çox sayda ölü var - VİDEO

Aut.az

Azərbaycanlı rəqqasə onu öpmək istəyən futbolçunu sillələdi - VİDEO

Aut.az

İlin simulyasiyası - VİDEO

Aut.az

Ansi Aqolli elə bir qol vurdu ki.... VİDEO

Aut.az

Tribunada Türkiyə bayrağını görüb aldı - Azərbaycanlı çempiondan jest - VİDEO

Aut.az

"Fiorentina"dan 21 cavabsız qol - VİDEO

Aut.az

DÇ-2019: ABŞ yarımfinalda - VİDEO

Aut.az

"Qarabağ" "Ufa"ya belə qalib gəldi - VİDEO

Aut.az

Luçeskuya qarşı İtaliyada gözlənilməz addım - VİDEO

Aut.az

Dənizli azərbaycanlılara söz verdi - VİDEO

Aut.az