Azər Bağırov: "Bu il fərqli "Turan Tovuz" görəcəksiz"

Premyer Liqanın ardınca avqustun 19-da 1-ci Divizionda da çempionat start götürəcək. Artıq, komandalar son hazırlıq mərhələsindədilər, son yoxlama oyunlarını keçirirlər. "Turan Tovuz" da həmçinin. Dünən bölgə təmsilçisi Tovuz şəhər stadionunda Gürcüstanın aşağı divizion təmsilçisi "İberiya" ilə qarşılaşdı. Yeni baş məşqçi Azər Bağırovun rəhbərliyi altında ilk oyununa çıxan komandamız rəqibi 4:0 hesabı ilə məğlub etdi. 
 
Qarşılaşmanı izləyən həmkarımız İlqar Tağıyev oyundan sonra baş məşqçi Azər Bağırovdan Sport7.azüçün müsahibə götürüb:
 
- Futbol ictimaiyyəti arasında "Turan-Tovuza"a Əsgər Abdullayevin gəlişinin gözləndiyi vaxtda komanda Azər Bağırova həvalə olundu. Bu təyinat sizin üçün də gözlənilməz oldu?
- Düzü,  başqa təkliflər  var idi. Amma "Turan Tovuz"un təklifi mənə daha maraqlı gəldi, həm də gözlənilməz oldu. Bölgədə işləməyin mənim üçün necə nəticələnəcəyi, iş prinsipilərinin nədən ibarət olacağı maraqlı idi. İndiyə kimi baş məşqçi kimi heç bir bölgə komandasını çalışdırmamışam. Bu,  məşqçi həyatımda böyük təcrübə olacaq. Buna görə də Oqtay Abdullayevin təklifini qəbul elədim və artıq Tovuzdayam. Görəcəyim işlərin nəticəsi hamı kimi mənə də çox maraqlıdı. Tovuzluların  futbola olan sevgisindən, marağından zövq alıram, işləmək üçün mənə əlavə stimul verir. Bu cür məsuliyyətin altına girməyim mənim üçün yeni çağırışdı. Bu günkü (dünənki - red.) yoldaşlıq görüşündə azarkeşlərin bizdən çox şeyin gözləndiyinin şahidi oldum. Çalışacam ki, yaxşı nəticələr qazanmaqla mənə olan etimadı doğruldum.
 
- "Turan Tovuz"la müqayisədə MOİK-də azarkeş təzyiqi yox idi. 
- MOİK-də ümumiyyətlə, azarkeş kütləsi yox idi. Bakıda işləmək xeyli asandı, nəinki bölgədə. Komandaya gələndə futbolçulara bildirdim ki, Tovuz Azərbaycan futbolunun beşiyidi və əvvəlki hissləri, duyğuları azarkeşlərə qaytarmaq lazımdı.
 
- Tovuzda azarkeşlər futbolu yaxşı bilirlər. Bu Azər Bağırov üçün əlavə təzyiq yaradacaqmı?
- Azarkeşlərin futbolu belə yaxşı anlaması məşqçinin işini biraz da çətinə salır, təzyiqlər çox olur. Əlbəttə ki, sən azarkeşlərlə hesablaşmalısan, istəyini nəzərə almalısan. Karlo Ançelotti "Real"ı  çempion elədi, ancaq onu komandadan göndərdilər. Çünki azarkeşlərin istədiyi oyunu göstərə bilmirdi, fanatlar komandanın sərgilədiyi oyundan zövq almırdılar. Tovuzda da həqiqətən belədi. Çempion ola, kuboklar qazana bilərsən. Ancaq könülləri qazana bilmək çox çətindi.
 
- Maraqlıdır, razılıq alınanda tərəflərin şərtləri nədən ibarət oldu?
- Bayaq söylədiyim kimi, Oqtay müəllimin təklifi gözlənilməz oldu. Komandada hər şey mənə tapşırılıb, yəni, səlahiyyət tam olaraq mənə verilib. Şərt kimi bunu istəmişdim. Rəhbərliyin isə istəyi ilk "3-lüy"ə düşməkdi. Biz də çalışacağıq ki, bizdən gözləntiləri doğruldaq. Necə ki, onlar bizə istədiyimiz şəraiti yaratdılar, etimad göstərdilər, biz də nəticə ilə bunun qarşılığını verməliyik.
 
- Limit məsələsi divizion klublarına böyük problemlər yaradır. Komandanızda limitlə bağlı durum necədi?
- Bu, bir az incə məsələdi. 2001-ci il təvəllüdlü futbolçunun özünü meydanda necə aparması, təzyiqlərə dözməsi vacib amildi. Adi bir misal çəkim: MOİK-də olarkən "Sumqayıt"la matçda hər 30 dəqiqədən bir dəyişlik etdim. Hamısı 2001-ci il təvəllüdlü futbolçular idi. Çünki onlar 90 dəqiqə ərzində özlərindən 5-6 yaş böyük futbolçularla rəqabətdə tab gətirə bilməzlər. O vaxta kimi bunu heç kim etməmişdi. "Sumqayıt"la oyunda əvəzləmələr nəticəsini verdi və səfər meydanında 2:1 hesabı ilə qələbə qazandıq. Tovuzda 2001-ci il təvəllüdlü futbolçular var. Elçin Qasımov, çox potensiallı, iddialı futbolmudu. Gələcəkdə hansısa yaş qrupu üzrə nilliyə çağırılacağına inanıram.
 
- Komandada Elçin yaşda ən azı 3-4 futbolçu olmalıdı. Digərlərinin durumu Azər Bağırovu qane edirmi?
- Yetəri qədər. Həmişə demişəm, bir daha təkrar edirəm, Azərbaycan futbolunda kifayət qədər potensiallı futbolçular var. Sadəcə, onlarda həmin potensialı açmaq,  özünəimanı yaratmaq lazımdı. Əsl məşqçi işi də budu ki, bacarıqlı uşaqlara şərait yaratsın ki, daha da "artırsınlar".
 
- Bu günki oyunla bağlı... "İberiya" çox zəif idi, hətta həvəskar komanda  təsiri bağışladı. Nisbətən güclü komanda ilə qarşılaşmağı özünüz istəmədiz?
- Planımizda ikinci yoxlama oyununu keçirmək də var. Bəzi komandalar bura gəlməyə maraqlı deyillər. Və ya bizim səfərə çıxmağımız iki günümüzü itirir, bu da hazırlıq planlarımızı pozur. Bakıda olsaydıq,  daha çox yoxlama oyunu keçirə bilərdik, seçim imkanı daha geniş olardı. Qarşıdakı günlərdə "Səbail"ə daha yaxın olan bir komanda ilə daha bir sınaq oyunu keçirmək istəyirik .
 
- Çempionatın ilk oyunu "Səbail"lə olacaq. Mirbağır İsayevin gəlişindən sonra rəqibin heyəti yenidən qurulub. Çətin oyun olacaq.
- "Səbail"in MOİK-lə oyununu izlədim. Mirbağır müəllim mehriban bir kollektiv formalaşdırıb, gənc futbolçulardan ibarət yaxşı hücum xətləri var. MOİK-də bizə çempionluq yaşadan Bahadur Həziyev "Səbail"dədi. Düşünürəm ki, maraqlı mübarizə olacaq.
 
- Bir mütəxəssis kimi, liqada çempionluğa hansı komandaları daha şanslı sayırsız? 
- İlkin olaraq, gördüyüm komandaların arasında keçənilki "Neftçi"ni daha şanslı sayıram. Bu komandada Mahmud Qurbanovun işi göz önündədi. Bundan başqa "Zaqatala"nın adını çəkə bilərəm. Bu iki komandanl digərlərindən bir addım öndə olduğunu düşünürəm. Təbii ki, özümüzü də bu sıraya qatıram. "Səbail"in, "Sabah"ın da iddialı olacağını deyə bilərəm. Heyf ki, "Şüvəlan" dağıldı.   Adil Şükürov əla komanda qurmuşdu. "Şüvəlan" qalsaydı, birinciliyə əlacə rəng qatacaqdı.
 
- Komanda ötən mövsüm zəif təsir bağışladı. Heyətdə yenilənmə çox olacaq?
- Dəyişikliklər var, amma elə də çox deyil. Komandaya nisbətən təcrübəli futbolçular cəlb eləmişik. Bu, həm də komandanın digər üzvlərində özünəinamı artıracaq və əlavə motivasiya verəcək. Bu il fərqli "Turan Tovuz" görəcəksiz.
 
- Yəni, 25 il əvvəlki?
- Yox. Azı, Əsgər Abdullayevin dövründə çempion olan komandanı nəzərdə tuturam. Çalışacağıq ki, azarkeşlərin istədiyi kimi gözəl oyun sərgiləyən, daim hücumda olan, müdafiədə inamlı təsir bağışlayan bir komanda quraq.
 
Söhbətləşdi: İlqar Tağıyev
Tarix: 14 Avqust [21:40]
Oxunub: 36 dəfə
Müəllif: Aut.az

"Linfild"in prezidentindən Asif Əsgərova hədiyyə - FOTO

Aut.az

"Jurnalistlərin bir-birilərinə olan münasibəti normal deyil" - PFL rəsmisi

Aut.az

Azərbaycanlı hakim ÇL-ə təyinat aldı

Aut.az

AFFA "Turan Tovuz"a əlavə büdcə vermədi

Aut.az

"Xəzər"in prezidentinin atası oğlunun cinayəti haqda nələr dedi?

Aut.az

"Dabonun yerişinə, duruşuna çox əsəbiləşirəm" - Yunis Hüseynov

Aut.az

Erkin İbrahimov: "Quliyev öz pulu ilə klub saxlasa, azarkeşləri güllələyər"

Aut.az

Kamal Mirzəyev rəsmən Küveyt klubunda! - FOTO

Aut.az

Yeni UEFA reytinqi: Azərbaycan neçəncidi?

Aut.az

"Linfild"in müdafiəçisi Bakıda sürpriz istəyir

Aut.az