"Qalatasaray" ÇL-də oynamadan milyonlar qazandı

Çempionlar Liqasında mübarizəyə birbaşa qrup mərhələsindən başlayacaq "Qalatasaray" turnirin təsnifat mərhələsinin nəticələrindən sonra böyük məbləğdə gəlir əldə edib.
 
Fanat.Az xəbər verir ki, "Başakşəhər"in III təsnifat mərhələsində "Olimpiakos"a yenilməsindən sonra "sarı-qırmızılılar" Çempionlar Liqasının Türkiyə payının 90 faizini ələ keçirib. Ötən mövsüm də eyni ssenari baş vermiş və "Qalatasaray" 8.5 milyon avro gəlir əldə etmişdi. Cari mövsümdə bu məbləğin daha böyük olacağı proqnozlaşdırılır.
 
II təsnifat mərhələsində reytinqə görə "Qalatasaay"dan üstün olan PSV-nin, III təsnifat mərhələsində isə "Dinamo" (Kiyev), "Bazel" və "Portu"nun mübarizəni dayandırması İstanbul klubunun gəlirlərini daha 3 milyon 324 min avro artırıb.
 
Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan 32 klubun hər biri 15.25 milyon avro qazanacaq. Qrup mərhələsində hər qələbəyə görə klublara 2.7 milyon, heç-heçəyə görə 900 min avro ödəniləcək. Heç-heçələrdən qalan əlavə məbləğ isə qrup mərhələsinin iştirakçıları arasında qələbə sayına uyğun bölünəcək. Qrup qalibləri hərəyə 1 milyon, ikinci yeri tutanlar 500 min avro alacaqlar.
 
1/8 finala çıxan komandalar 9.5, 1/4 finalçılar 10.5, yarımfinalçılar 12 milyon avro qazanacaqlar. Finalda uduzan komanda 15, qalib isə 19 milyon avro gəlir əldə edəcək.
Tarix: 14 Avqust [17:00]
Oxunub: 55 dəfə
Müəllif: Aut.az

PSJ Neymarı "Barselona"ya yox, "Real"a satmaq niyyətindədi

Aut.az

"Milan" xorvatiyalı futbolçunu göndərdi

Aut.az

Milli komanda 9 futbolçunu milliləşdirir

Aut.az

Fernando Torres vida matçına çıxır

Aut.az

İngiltərə millisinin sabiq üzvü “Seltik”də

Aut.az

Yığmamızın heyətində dəyişiklik

Aut.az

"Bavariya" Rünatu Sanşeşi satdı

Aut.az

Meksika millisinin üzvü rəsmən “Napoli”də

Aut.az

İngiltərədə qadın özünü stadiona zəncirlədi - FOTO

Aut.az

Qəzaya düşən avtobusda futbolçu öldü

Aut.az