Putin "Qəbələ"nin sabiq baş məşqçisini təltif etdi

Rusiyanın "Lokomotiv" (Moskva) klubuna rəhbərlik edən Yuri Syomin "Aleksandr Nevski" ordeni ilə təltif olunub.  
 
Bu barədə Rusiya Prezidenti Vladimir Putin sərəncam imzalayıb. Syomin xüsusi xidmətlərə görə ordenə lazyiq görülüb.
 
Qeyd edək ki, Yuri Syomin 2013/14 mövsümündə "Qəbələ"ni çalışdırıb. Komanda onun rəhbərliyi altında Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı və ölkə kubokunun finalçısı olub. Syomin ən böyük uğurlarını "Lokomotiv"də çalışdığı dövrdə əldə edib. O, 3 dəfə Rusiya çempionluğu, 6 dəfə ölkə kuboku və 3 dəfə Super Kubok qazanıb. Ukraynanın "Dinamo" (Kiyev) komandasında çalışdığı vaxt isə Syomin çempionluq və superkubok titullarına sahib olub. 
Tarix: 14 Avqust [14:00]
Oxunub: 25 dəfə
Müəllif: Aut.az

PSJ Neymarı "Barselona"ya yox, "Real"a satmaq niyyətindədi

Aut.az

"Milan" xorvatiyalı futbolçunu göndərdi

Aut.az

Milli komanda 9 futbolçunu milliləşdirir

Aut.az

Fernando Torres vida matçına çıxır

Aut.az

İngiltərə millisinin sabiq üzvü “Seltik”də

Aut.az

Yığmamızın heyətində dəyişiklik

Aut.az

"Bavariya" Rünatu Sanşeşi satdı

Aut.az

Meksika millisinin üzvü rəsmən “Napoli”də

Aut.az

İngiltərədə qadın özünü stadiona zəncirlədi - FOTO

Aut.az

Qəzaya düşən avtobusda futbolçu öldü

Aut.az