FİFA “Mançester Siti”ni cəzalandırdı

FİFA İngiltərə çempionu “Mançester Siti”ni cəzalandırıb.

Dünyanın ali futbol qurumu şəhərliləri 370 min İsveçrə frankı məbləğində cərim edib. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Cəzaya “Mançester Siti”nin 18 yaşa çatmamış futbolçuların transferində qanunsuzluqlara yol verməsi səbəb göstərilir.

Qeyd edək ki, bu qanunsuzluğa görə FİFA adətən klubların transferlər həyata keçirməsinə qadağa qoyur. Hansı ki, bu səbəbdən İngiltərənin digər klubu “Çelsi”yə fevral ayında 2 dönəmlik transfer qadağası qoyuldu. “Mançester Siti”nin də oxşar cəzaya məruz qalacağı gözlənilirdi. Lakin FİFA-nın yaydığı açıqlamada bildirilir ki, klub baş verənlərə görə bütün məsuliyyəti üzərinə götürüb və 370 min İsveçrə frankı cəriməni ödəyib.

 
Tarix: 14 Avqust [13:45]
Oxunub: 26 dəfə
Müəllif: Aut.az

PSJ Neymarı "Barselona"ya yox, "Real"a satmaq niyyətindədi

Aut.az

"Milan" xorvatiyalı futbolçunu göndərdi

Aut.az

Milli komanda 9 futbolçunu milliləşdirir

Aut.az

Fernando Torres vida matçına çıxır

Aut.az

İngiltərə millisinin sabiq üzvü “Seltik”də

Aut.az

Yığmamızın heyətində dəyişiklik

Aut.az

"Bavariya" Rünatu Sanşeşi satdı

Aut.az

Meksika millisinin üzvü rəsmən “Napoli”də

Aut.az

İngiltərədə qadın özünü stadiona zəncirlədi - FOTO

Aut.az

Qəzaya düşən avtobusda futbolçu öldü

Aut.az