Ramazanov “Səbail”də qaldı - Elxan Məmmədovun zəngindən sonra

“Səbail” Ağabala Ramazanovu heyətində saxladı. “Zirə”ylə hər mövzuda anlaşan sol cinah yarımmüdafiəçisi heyətdə qalası oldu.
 
Paytaxt klubunu maliyyə problemlərinə görə tərk etmək istəyən Ağabala Dilan Duventru və Bilal Həmdi kimi, müqaviləsini qarşılıqlı razılıq əsasında pozmaq niyyətində idi. “Zirə” də azad agent olacağı təqdirdə bu futbolçuya yaxşı maaş vermək istəyirdi. Lakin AFFA-nın baş katibi Elxan Məmmədovun bir zəngi hər şeyi dəyişib.
 
“Səbail”ə tam nəzarət edən Məmmədov milli üzvünü heyətdə saxlamaq üçün klubdakı kadrlarına göstəriş verib. Həm “Zirə”nin güclənməməsi, həm də “dənizçilər”in sıradan kluba çevrilməməsi bu addım atılıb. Ümumiyyətlə, baş katib Elvin Yunuszadə, Ürfan Abbasov və başqa yerli oyunçuların heyətdə saxlanmasını lazım bilib. Əcnəbilərin yola salınması ilə büdcə nisbəyən yüngülləşdiriləcək, baş məşqçi Atandil Hacıyevin istefası rəsmiləşdikdən, klub tam olaraq bir xəttin nəzarətinə keçdikdən sonra maliyyə problemlərində yaradılan süni əngəllər aradan qalxacaq.
 
Əvəzində “Zirə” bu mövqeyə legioner alır. Ramazanovun transferi alınmadıqdan sonra “qartallar” perulu sol cinah oyunçusu Alvaro Ampueronu heyətə qatmağı lazım bilib. "Deportivo Munisipial"dan gələn 27 yaşlı oyunçu ilə rəsmi müqavilə tezliklə imzalanacaq.
 
Bu, Alvaro Ampueronun Avropaya ikinci səfəri olacaq. İlk dəfə o, İtaliyada legioner həyatı yaşayıb. 2013-cü ildə "Parma"ya keçən oyunçu daha sonra "Padova" və "Salernitana"ya icarəyə verilib. "Deportivo Munisipial"da isə Ampuero uzun müddət zədəli olduğu üçün 2019-cu ildə cəmi 8 matçda forma geyinib. O, Peru millisinə də çağırılıb və 9 qarşılaşmada forma geyinib.
Tarix: 14 Avqust [11:10]
Oxunub: 41 dəfə
Müəllif: Aut.az

"Linfild"in prezidentindən Asif Əsgərova hədiyyə - FOTO

Aut.az

"Jurnalistlərin bir-birilərinə olan münasibəti normal deyil" - PFL rəsmisi

Aut.az

Azərbaycanlı hakim ÇL-ə təyinat aldı

Aut.az

AFFA "Turan Tovuz"a əlavə büdcə vermədi

Aut.az

"Xəzər"in prezidentinin atası oğlunun cinayəti haqda nələr dedi?

Aut.az

"Dabonun yerişinə, duruşuna çox əsəbiləşirəm" - Yunis Hüseynov

Aut.az

Erkin İbrahimov: "Quliyev öz pulu ilə klub saxlasa, azarkeşləri güllələyər"

Aut.az

Kamal Mirzəyev rəsmən Küveyt klubunda! - FOTO

Aut.az

Yeni UEFA reytinqi: Azərbaycan neçəncidi?

Aut.az

"Linfild"in müdafiəçisi Bakıda sürpriz istəyir

Aut.az