3 komanda Avroliqanın pley-off mərhələsində!

Futbol üzrə Avropa Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilir.

İlk oyun günündə 3 qarşılaşma baş tutub. 

Şimali İrlandiyanın “Linfild” klubu Monteneqro “Sutyeska”sını qəbul edib. Komandalar arasındakı ilk oyunda “Linfild” 2:1 hesablı qələbə qazanmışdı. Cavab oyununda da bu kollektiv qalib gəlib və Çempionlar Liqasında APOEL səddini keçə bilməyən, Avropa Liqasının pley-off mərhələsində mübarizə aparmaq məcburiyyətində qalan “Qarabağ”a rəqib olub.

“Qarabağ”ın ÇL-də mübarizədən kənarlaşdırdığı İrlandiyanın “Dandalk” klubu isə Avroliqada da “Slovan” (Slovakiya) səddini keçə bilməyib.

Azərbaycanın bu turnirdə təsmilçisi olan “Neftçi” isə avqustun 15-də növbəti oyununu keçirəcək. Roberto Bordinin rəhbərlik etdiyi kollektiv İsraildə “Bney Yehuda”nın qonağı olacaq. Komandalar arasında Bakıda keçirilən görüş qollu bərabərliklə başa çatıb – 2:2. “Neftçi” bu mərhələni keçsə, pley-offda “Malmö” – “Jirinski” cütünün qalibi ilə qarşılaşacaq.

Avropa Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları

13 avqust

Nomme Kalyu (Estoniya) – Düdelanj (Lüksemburq) 0:1
Qol: Sinani, 56.
İlk oyun – 1:3

Linfild (Şimali İrlandiya) – Sutyeska (Monteneqro) 3:2
Qol: Stefford, 7. Laveri, 18. Klark, 76 – Bojoviç, 15; 61.
İlk oyun – 2:1

Dandalk (İrlandiya) – Slovan (Slovakiya) 1:3
Qol: Daffi, 70 – Ratao, 12. Kavrik, 33. Daniel, 90+3.
İlk oyun – 0:1

Tarix: 14 Avqust [10:20]
Oxunub: 49 dəfə
Müəllif: Aut.az

PSJ Neymarı "Barselona"ya yox, "Real"a satmaq niyyətindədi

Aut.az

"Milan" xorvatiyalı futbolçunu göndərdi

Aut.az

Milli komanda 9 futbolçunu milliləşdirir

Aut.az

Fernando Torres vida matçına çıxır

Aut.az

İngiltərə millisinin sabiq üzvü “Seltik”də

Aut.az

Yığmamızın heyətində dəyişiklik

Aut.az

"Bavariya" Rünatu Sanşeşi satdı

Aut.az

Meksika millisinin üzvü rəsmən “Napoli”də

Aut.az

İngiltərədə qadın özünü stadiona zəncirlədi - FOTO

Aut.az

Qəzaya düşən avtobusda futbolçu öldü

Aut.az