“Qarabağ”ın Avroliqadakı rəqibi dəqiqləşdi

Futbol üzrə UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Kiprin APOEL klubuna uduzaraq (0:2, ilk oyun 2:1) mübarizəni dayandıran Azərbaycan çempionu “Qarabağ” mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.

Artıq Ağdam klubunun Avroliqadakı rəqibi də müəyyənləşib. Qurban Qurbanovun çalışdırdığı komanda bu turnirin qrup mərhələsinə vəsiqə uğrunda Şimali İrlandiyanın “Linfild” klubu ilə mübarizə aparacaq.

Sözügedən komanda Avroliqanın 3-cü təsnifat mərhələsində "Sutyeska"nı (Monteneqro) mübarizədən kənarlaşdırıb. Səfərdə baş tutan ilk oyunda 2:1 üstün olan Şimali İrlandiya klubu, doğma meydanda da 3:2 hesablı qələbəyə sevinib və Ağdam təmsilçisinə rəqib olub.

Avroliqada pley-off mərhələsinin oyunları avqustun 22-də və 29-da keçiriləcək. "Qarabağ"ın ilk matçı səfərdə olacaq.

 
Tarix: 14 Avqust [10:00]
Oxunub: 50 dəfə
Müəllif: Aut.az

"Linfild"in prezidentindən Asif Əsgərova hədiyyə - FOTO

Aut.az

"Jurnalistlərin bir-birilərinə olan münasibəti normal deyil" - PFL rəsmisi

Aut.az

Azərbaycanlı hakim ÇL-ə təyinat aldı

Aut.az

AFFA "Turan Tovuz"a əlavə büdcə vermədi

Aut.az

"Xəzər"in prezidentinin atası oğlunun cinayəti haqda nələr dedi?

Aut.az

"Dabonun yerişinə, duruşuna çox əsəbiləşirəm" - Yunis Hüseynov

Aut.az

Erkin İbrahimov: "Quliyev öz pulu ilə klub saxlasa, azarkeşləri güllələyər"

Aut.az

Kamal Mirzəyev rəsmən Küveyt klubunda! - FOTO

Aut.az

Yeni UEFA reytinqi: Azərbaycan neçəncidi?

Aut.az

"Linfild"in müdafiəçisi Bakıda sürpriz istəyir

Aut.az