Bakı Metropolitenindən “Qarabağ” - APOEL oyunu ilə bağlı açıqlama

Bu gün Çempionlar Liqası çərçivəsində Bakıda keçiriləcək "Qarabağ” (Azərbaycan) - APOEL (Cənubi Kipr) qarşılaşması ilə əlaqədar "Bakı Metropoliteni" bütün lazımi tədbirləri görüb.
 
Bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
 
Onun sözlərinə görə, oyun sonrası azarkeşlərin ünvana rahat və təhlükəsiz çatdırılması, yarana biləcək sərnişin sıxlığının aradan qaldırılması üçün metro stansiyalarında hazırlıq tədbirləri başa çatdırılıb:
 
"Xüsusən "Gənclik" və "Nəriman Nərimanov" stansiyalarında işçi qüvvəsinin sayı artırılıb, stansiyalara nəzarət gücləndirilib. Oyun saat 22 radələrində yekunlaşdığı üçün stansiyaların saat 00:00-dan sonra işləməsinə ehtiyac yoxdur. Yəni stansiyalar vaxtında bağlanacaq. Buna baxmayaraq, sərnişin sıxlığının qarşısını almaq üçün əlavə qatarlar hazır vəziyyətə gətirilib. Ümid edirik ki, həmişə olduğu kimi, bu dəfə də əlavə qatarlara və intervalın azaldılmasına ehtiyac olmayacaq. Yəni bu saatlarda başlanan oyunlar zamanı heç vaxt əlavə qatarlara ehtiyac olmayıb. Amma zərurət yaranarsa, əlavə qatarlar xəttə buraxıla və qatarlar arasındakı interval azaldıla bilər".
 
Xatırladaq ki, bu gün Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində ölkəmizi təmsil edən "Qarabağ” Cənubi Kiprin APOEL klubu ilə cavab görüşü keçirəcək. Oyun Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq və saat 20.30-da başlayacaq. Ötən həftə Nikosiyada keçirilmiş ilk qarşılaşmada "Qarabağ” 2:1 hesabı ilə qalib gəlib.
Tarix: 13 Avqust [13:45]
Oxunub: 16 dəfə
Müəllif: Aut.az

"Linfild"in prezidentindən Asif Əsgərova hədiyyə - FOTO

Aut.az

"Jurnalistlərin bir-birilərinə olan münasibəti normal deyil" - PFL rəsmisi

Aut.az

Azərbaycanlı hakim ÇL-ə təyinat aldı

Aut.az

AFFA "Turan Tovuz"a əlavə büdcə vermədi

Aut.az

"Xəzər"in prezidentinin atası oğlunun cinayəti haqda nələr dedi?

Aut.az

"Dabonun yerişinə, duruşuna çox əsəbiləşirəm" - Yunis Hüseynov

Aut.az

Erkin İbrahimov: "Quliyev öz pulu ilə klub saxlasa, azarkeşləri güllələyər"

Aut.az

Kamal Mirzəyev rəsmən Küveyt klubunda! - FOTO

Aut.az

Yeni UEFA reytinqi: Azərbaycan neçəncidi?

Aut.az

"Linfild"in müdafiəçisi Bakıda sürpriz istəyir

Aut.az