AFFA-nın milliləşdirdiyi futbolçu: "Bney Yehuda"nın mərhələ keçməsinə arzulayıram"

"Sumqayıt"dan ayrılan Azərbaycan millisinin israilli futbolçusu Əli Babayev maariv.co.il saytına müsahibə verib.

28 yaşlı futbolçu "Sumqayıt"dan ayrılmasından və Avropa Liqasının III təsnifat mərhələsində qarşılaşacaq "Bney Yehuda" (İsrail) - "Neftçi" cütü barədə fikirlərini bölüşüb.

- "Sumqayıt"a necə keçmişdin? Müsəlman ölkəsində oynamaq necə idi?
- Klubun maraq dairəsində idim. Klub prezidenti uzun müddət idi ki, məni izləyirdi. Mənimlə çox danışdılar. Ora getdim və önəmli futbolçu olmaqdan xoşum gəldi. İsraildə qala bilərdim, amma içimdə bir hiss mənə Azərbaycana getməyimi istədi. Seçimimdən bir saniyə də peşman deyiləm. Möhtəşəm mövsüm keçirdim. Ancaq qərar vermək asan deyildi. Mən həyatım boyu İsraildə yaşamış insanam. İbadət üçün sinaqoqlara yollanırdım. Mənim köklərim, nənə və babalarımın ora bağlılığı var. Müsəlmanlar arasında yaşadım və onların yəhudilərə nifrət etməsini hiss etməmişəm.

- Eyni vəziyyətlə üzləşən israilli futbolçulara nə məsləhət görərsən?
- Məsələn, Əmir Ağayevi götürək. Anladığım qədər onun da Azərbaycana bağlılığı var. Əgər komandanın baş məşqçisi səni istəyirsə, getməyi şiddətlə tövsiyə edirəm. Azərbaycanda oynamaq şansının İsraildən daha çox olduğunu anlamalıdır.

- "Sumqayıt"dan niyə ayrıldınız?
- Uğurlu olmağa baxmayaraq, ayrılmağa qərar verdik. Ancaq geri dönmək düşüncəsi peşəkarlığa deyil, ailə məsələlərinə söykənmişdi. Burada maddi mələlərdə ön plandadır. Klub mənə yüksək əmək haqqı vermədi. Onların təklifi məni qane etmirdi. Başqa iki klubla da görüşdüm və eyni amillər idi. Mənim 29 yaşım var və bu qulağa xoş səslənməyə bilər. Karyeramın bu nöqtəsində məni maraqlandıran tək şey puldur. Ən yüksək ödəniş etməyə hazır olan kluba keçəcəm. Həmin təklifi gözləyirəm.

- İnsanlar Azərbaycana getdiyin üçün səni qeyri-peşəkarlıqda suçladı.
- Bu insanlar həyatları ərzində yaşıl meydana ayaq basmayıb və məhəllə futbolunu tərk etməyib. Bundan o tərəfə fikir ifadə edə bilməzlər. Çin Super Liqasında oynayan Eran Zahavi, mən və Əmir Ağayevi aşağılamaq məcburiyyətində deyilsiniz. Azərbaycan Premyer Liqası İsrail çempionatına bənzəyir. Fərq ondadır ki, orada 8 klub yarışır.

- Azərbaycanın ən güclü komandası "Makkabi" (Tel-Əviv) və ya "Hapoel" (Byer-Şeva) ilə qarşılaşsa, nəticə necə olacaq?
- İsrail klublarının lehinə sona çatacağı kimi düşünmürəm. "Qarabağ"ı İsrail çempionatına qoysaq, "Makkabi" ilə çempionlar uğrunda mübarizə aparar. İndi "Neftçi" "Bney Yehuda" ilə qarşılaşacaq. İzləyək, görək nə baş verir.

- "Neftçi" barədə nə söyləyə bilərsiniz?
- İtaliyalı baş məşqçinin çalışdırdığı möhtəşəm komandadır. İtaliyalı mütəxəssisləri müdafiəyə meyilli olduqları söylənilir. Ancaq Roberto Bordinin komandası daha çox hücum futbolu oynayır. İsrail liqasında oynasalar, ən yaxşılardan biri olarlar. Əlbəttə, müdafiə xəttləri ən güclü deyil, "Bney Yehuda" hücumlarda bir şans tapa bilər.

- "Bney Yehuda"lı futbolçular daha çox kimə qarşı diqqətli olsun?
- Kapitanları Emin Mahmudov var. Bildiyim qədər ötən oyunda meydanı vaxtından əvvəl tərk edib. Baqali Dabo da zədəlidir. Stiven-Jozef Monrozu "Qəbələ"dən gətirdilər. Dario Frederiko Cənubi Koreyadan qayıtdı. Bu futbolçulara qarşı diqqətli olmaq lazımdır.

- Favorit kimdi?
- Hesab edirəm ki, "Neftçi"nin "Bney Yehuda"dan şansı çoxdu. Mərhələ adlayacaqlarmı? Bunu bilmirəm. Bakıda və "Neftçi"də dostlarım çox olsa da, "Bney Yehuda"nın mərhələ keçməsini arzulayıram. Səbəbini bilmirəm, amma "Bney Yehuda"nı sevirəm.

- "Bney Yehuda"ya hansısa məlumat vermisən?
- Xeyr. Onların da bunu istədiyini düşünmürəm. Özlərinin izləmə sistemi var. Laızm olan informasiyalara sahib olacaqlar.
Tarix: 8 Avqust [16:05]
Oxunub: 66 dəfə
Müəllif: Aut.az

Azərbaycan çempionatının bombardiri klubunu dəyişdi

Aut.az

AFFA-nın fotoaparat almağa gücü çatmır? - FOTO

Aut.az

SORĞU: “Neftçi”də nə baş verir? Çıxış yolu nədir?

Aut.az

Fanat(lar) öyrədilmir, futbolda həyatı öyrədir!

Aut.az

"Sumqayıt" - "Səbail" oyununun təyinatında dəyişiklik

Aut.az

Millimizin sabiq baş məşqçisi vəfat etdi

Aut.az

“Kəpəz” yeni mövsümə 17 futbolçu ilə başlayır

Aut.az

“Qarabağ” - “Linfild” matçının biletləri satışda

Aut.az

“Keşlə”də kadr dəyişikliyi

Aut.az

Dabo “Neftçi” azarkeşlərini təhqir etdi

Aut.az