Fariz Nəcəfov AFFA-dan 350 min manat istəyir

"Qəpiyinə qədər hesablamışıq. AFFA gətirib 350 min manat versin, komandamız 1-ci divizionda iştirak eləsin" – bunu "Qəbələ"nin prezidenti Fariz Nəcəfov deyib.
 
Klub rəhbəri divizionda iştirak üçün ödənilən 50 min manatın çox az olduğunu bildirib: "Rəsmi şəkildə, kağız üzərində ən minimum formada hesablamışıq. Biz bu mənada AFFA-dan güzəşt gözəyirdik ki, bölgə klubuyuq, bəlkə məbləği bir qədər artırdılar. Amma dəyişiklik olmadı. Ona görə 1-ci divizionda iştirak etməmək qərarına gəldik. Cərimə barədə məlumatlıyıq, amma bizə bu haqda rəsmi bildiriş gəlməyib. Hər halda, PFL-in bayrağı altında keçirilən Premyer Liqada iştirak ediriksə, cəriməyə də razı olmalıyıq" (sportinfo.az).
 
Nəcəfov dünən klubdan ayrılan marketinq meneceri Səməd Nəsibov barədə də fikirlərini bölüşüb: "10 il birlikdə çalışdıq. Bu müddət ərzində xeyli işlər gördük, layihələrimiz oldu. Şəxsim və klub adından Səməd bəyə təşəkkürümüzü bildiririk. "Qəbələ"də bu ştat ləğv edilməyəcək. Kiminlə əməkdaşlıq edəcəyimizə yaxın zamanlarda qərar verəcəyik".
Tarix: 8 Avqust [16:40]
Oxunub: 28 dəfə
Müəllif: Aut.az

Azərbaycan çempionatının bombardiri klubunu dəyişdi

Aut.az

AFFA-nın fotoaparat almağa gücü çatmır? - FOTO

Aut.az

SORĞU: “Neftçi”də nə baş verir? Çıxış yolu nədir?

Aut.az

Fanat(lar) öyrədilmir, futbolda həyatı öyrədir!

Aut.az

"Sumqayıt" - "Səbail" oyununun təyinatında dəyişiklik

Aut.az

Millimizin sabiq baş məşqçisi vəfat etdi

Aut.az

“Kəpəz” yeni mövsümə 17 futbolçu ilə başlayır

Aut.az

“Qarabağ” - “Linfild” matçının biletləri satışda

Aut.az

“Keşlə”də kadr dəyişikliyi

Aut.az

Dabo “Neftçi” azarkeşlərini təhqir etdi

Aut.az