“Səbail”in dağıdılması planının 2-ci hissəsi

“Səbail”də bir müddət öncə yaşanan gərginliyin fəsadları üzə çıxır. Klubda rəhbərlik arasında olan ikitirəlik yəqib ki, yeni mövsümdə komandanın nəticələrinə ciddi şəkildə təsir edəcək.
 
Futbolinfo.az xəbər verir ki, Avropa Liqasında mübarizəni dayandıran “dənizçilər”, yeni mövsümün hazırlığının son mərhələsinə başlayarkən klubdaxili iclas keçirilmişdi. Orada icraçı direktor Ramin Həsənov əcnəbi futbolçuları klubdan getməyə səsləmiş, maaşlarını almaqda yubanmalarla üzləşəcəklərini demiş, hədələmişdi.
 
Mətbuatın məsələni ictimailəşdirməəsindən klub bəyanat verməyə məcbur oldu və geri addım atıldı. Zamanla gərginliyi soyudanlar indi fürsətdən istifadə edərək planlarını reallaşdırırlar. Artıq legionerlərin kürkünə birə düşüb və onlardan bəziləri getmək qərarına gəlib.
 
Ötən mövsümü “Zirə”də keçirən, bu yay isə “Səbail”ə qoşulan iki fransalı – Dilan Duventru və Bilal Həmdi getmək qərarına gəlib. Yarımmüdafiəçilər özünə klub axtarırmış və müştəri tapıblar. Artıq Dilanla tərəflər arasındakı muqaviləyə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə olunub. Futbolçuya azad agent statusu verilib. O isə Kipr “Olimpiakos”una yollanıb.
 
Bilalın məsələsi hələ açıq qalır. Cinah oyunçusu da özünə klub tapıb və hazırda “Səbail”lə anlaşmanın pozulmasını gözləyir.
 
Vəziyyətlə bağlı “Səbail”in baş məşqçisi Aftandil Hacıyevin fikirlərini öyrəndik. Çünki indiki durum ilk növbədə onun planlarını pozacaq. Yeni mövsümün startına bir həftə qalarkən aparıcı oyunların gedişi problem yaradacaq, üstəlik, onları əvəz etmək üçün də şans yoxdu. Zatən maliyyə vəziyyəti imkan versəydi, legionerlərdən imtina edilməzdi. Yalnız yerli oyunçuyla boşluqları doldurmaq olar – beləsi isə yoxdu.
 
Bizimlə danışarkən Duventrunun gedişindən, klubun rəsmi məlumat yaymasından xəbərdar olmayan Hacıyev daha sonra bunları dedi: “Vəziyyət belədi. Klub belə qərar verib. Yəqin ki, bu vəziyyət nəticələrə təsir edəcək. Maliyyə probleminə görə belə durumun yaranması hardasa anlaşılandı. Lakin indiki məqamda layiqli əvəzedici tapmaq olmayacaq. Boşda olan yerli oyunçu yoxdu. Klub rəhbərliyi gərək digər klublarla danışıb kimlərisə gətirməyə nail olsun. Əks halda kadr çatışmazlığı olacaq”.
 
Hacıyevin klubun gəncləşdirmə strategiyası seçdiyini, eyni zamanda daha çox yerli futbolçulara üstünlük vermək istədiyini təəssüflə vurğuladı. Lakin özü də etiraf edir ki, hətta belə futbolçuları da mövsümün startına bir həftə qalarkən tapmaq çətindi: “Əvəzedici heyətimiz də dağılıb, komanda təzədən yığılır. Oradan da kimisə seçmək imkanı yoxdu. Bu komandaya yenə baxacam, amma vəziyyət çətindi”.
 
Məşqçi legionerlərin getmək istəməsinin rəhbərliyin məlum iclasının nəticəsi olması fikriylə razıdı: “Çətin vəziyyətdə qalan mənəm. Futbolçuları başa düşürəm. Məvaciblərini ala bilməyəcəklərindən narahatdılar. İndi təklifləri var və fürsətdən yararlanaraq gedirlər. Necə olacağını zaman göstərəcək”.
 
Qəribə vəziyyətdi. “Səbail”də ikitirəlik davam edir və bunun acısını komanda çəkəcək. Komplektləşmiş heyət süni şəkildə dağıdılır. Büdcənin kifayət etməməsi problemdi və addımlar başadüşüləndi. Lakin o zaman niyə cəmi iki ay öncə bu oyunçular transfer edilirdi? Klub rəhbərliyi həmin vaxt harası ilə fikirləşirdi və indiki qərarlar kimin beyninin məhsuludu? Ümid edək, bu suallara cavab vermək üçün bir kişi oğlu tapılacaq.(futbolinfo)
 
Tarix: 8 Avqust [16:10]
Oxunub: 47 dəfə
Müəllif: Aut.az

Azərbaycan çempionatının bombardiri klubunu dəyişdi

Aut.az

AFFA-nın fotoaparat almağa gücü çatmır? - FOTO

Aut.az

SORĞU: “Neftçi”də nə baş verir? Çıxış yolu nədir?

Aut.az

Fanat(lar) öyrədilmir, futbolda həyatı öyrədir!

Aut.az

"Sumqayıt" - "Səbail" oyununun təyinatında dəyişiklik

Aut.az

Millimizin sabiq baş məşqçisi vəfat etdi

Aut.az

“Kəpəz” yeni mövsümə 17 futbolçu ilə başlayır

Aut.az

“Qarabağ” - “Linfild” matçının biletləri satışda

Aut.az

“Keşlə”də kadr dəyişikliyi

Aut.az

Dabo “Neftçi” azarkeşlərini təhqir etdi

Aut.az