Fənərbaxça"da çıxış etmiş azərbaycanlı futbolçu klubsuz qalıb!

Vaxtilə "Fənərbaxça"nın əvəzedici heyətində çıxış edən Mirkamil Həşimli klubsuz qalıb. 
Futbolçunun özünün verdiyi məlumata görə, Azərbaycanın aşağı yaş qrupları üzrə yığma komandalarının da şərəfini qorumuş 23 yaşlı yarımmüdafiəçi hazırda heç bir yerli klubla müqavilə bağlamayıb. Bir zamanlar ölkəmizin ən pespektivli gənclərindən hesab edilən Həşimli hazırda fərdi məşqlərlə kifayətlənir.  Bu gedişlə oyunçu özünə klub tapmayacağı halda karyerasını gənc yaşlarında başa vura bilər. 
Qeyd edək ki, 1996-dı il doğumlu olan Mirkamil "Neftçi"nin yetirməsidir. O, elə uşaqlıqdan keçdiyi "Fənərbaxça"nın əvəzedici komandasının vitse-kapitanlığına belə yüksəlmişkən vətənə qayıtdı və doğma komandası "Neftçi"yə keçdi. Burda1 il futbolsuz qaldıqdan sonra "Zirə"yə üz tutdu və qəsəbə komandasında əsas heyətə düşə bilmədi. Ardınca isə I divizionda çıxış edən "Turan Tovuz"la çempionluq yaşadı. Ordan isə "Şüvəlan"a üz tutdu. Daha sonra Mirkamil Türkiyə PTT 2-ci liqasında çıxış edən "Şanlıurfaspor"a transfer olndu. Komandası "pley-off"da uduzaraq PTT -ci liqaya yüksələ bilmədikdən sonra vətənə dönərək "Sumqayıt"a baxışa yollanmışdı.(Sportfm.az)
Tarix: 7 Avqust [21:40]
Oxunub: 39 dəfə
Müəllif: Aut.az

Azərbaycan çempionatının bombardiri klubunu dəyişdi

Aut.az

AFFA-nın fotoaparat almağa gücü çatmır? - FOTO

Aut.az

SORĞU: “Neftçi”də nə baş verir? Çıxış yolu nədir?

Aut.az

Fanat(lar) öyrədilmir, futbolda həyatı öyrədir!

Aut.az

"Sumqayıt" - "Səbail" oyununun təyinatında dəyişiklik

Aut.az

Millimizin sabiq baş məşqçisi vəfat etdi

Aut.az

“Kəpəz” yeni mövsümə 17 futbolçu ilə başlayır

Aut.az

“Qarabağ” - “Linfild” matçının biletləri satışda

Aut.az

“Keşlə”də kadr dəyişikliyi

Aut.az

Dabo “Neftçi” azarkeşlərini təhqir etdi

Aut.az