Komandalarımız Gürcüstanda təşkil olunan turnirdə

Gürcüstanın Müdafiə Nazirliyinin təşkilatçılığı ilə avqustun 5-8-də bu ölkənin əlil amputant veteranları arasında yarış keçiriləcək.
Ölkəsinin suverenliyi və ərazi bütövlüyü uğrunda əlil və şəhid olan şəxslərə həsr edilən yarışda iştirak üçün Gürcüstanın Müdafiə Nazirliyi Azərbaycan komandasına da dəvət göndərib.
Bununla əlaqədar Azərbaycanın Qarabağ Əlil Döyüşçülər Futbol Federasiyasının təşkilatçılığı ilə amputant komandalarımız iyulun 27-dən avqustun 2-dək Abşeron Olimpiya İdman Kompleksində təlim-məşq toplanışında iştirak ediblər.
Yarışda Gürcüstanın 6, Azərbaycanın isə 2 (Qarabağ və Abşeron) komandası mübarizə aparacaq. Turnirin final matçı Qori şəhərində keçiriləcək. Final oyunundan sonra Gürcüstan azadlığı və bütövlüyü uğrunda şəhid olanların abidəsi ziyarət olunacaq.
Azərbaycanın Gürcüstandakı diaspor təşkilatlarının və səfirliyin nümayəndələri, ölkəmizin hərbi attaşesi də komandalarımızı oyunlar zamanı dəstəkləyirlər. Yarışdan əvvəl - avqustun 5-də Azərbaycanın Gürcüstandakı diaspor təşkilatlarının, səfirliyin nümayəndələri, eləcə də hərbi attaşesi, Qarabağ Əlil Döyüşçülər Futbol Federasiyasının təmsilçiləri xalqımızın ümummilli lideri Heydər Əliyevin Tbilisinin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Tarix: 6 Avqust [15:40]
Oxunub: 27 dəfə
Müəllif: Aut.az

Dadaşova ölümündən sonra qızıl medal verildi

Aut.az

70 yaşlı azərbaycanlı 93 günə 4 min km yol qət etdi - FOTO

Aut.az

Dostunun etdiyi zarafata güldü, 6 ay evdən çıxa bilmədi

Aut.az

General Hacı Əliyevin rütbəsini artırdı

Aut.az

Günün oyunları - TV

Aut.az

Millimiz Xorvatiyaya qarşı - BU GÜN

Aut.az

Sabiq nazir helikopterlə Gəncə stadionuna endi - FOTO

Aut.az

Hicran Şərifov gənc hakimin akkreditasiya kartını zorakılıqla alaraq arenaya daxil olub - İDDİA

Aut.az

İdman jurnalisti qətlə yetirilib

Aut.az

UEFA kiberfutbol üzrə Avropa çempionatı keçirəcək

Aut.az