""Topaz" Olimpiya hərəkatına və Azərbaycan idmanına dəstəyini davam etdirəcək" (RƏSMİ)

"Topaz" 8 il ərzində Peşəkar Futbol Liqasının sponsoru olub. Bu addım müqavilə bitdiyi üçün atılıb. Söhbət sponsorluqdan imtinada deyil, müqavilənin uzadılmamasından gedir". Bu fikirləri Qaynarinfo-ya açıqlamasında "Topaz" şirkətinin direktoru Vüsal Məmmədov deyib. O, bildirib ki, Topaz Azərbaycan idmanını fəal şəkildə dəstəkləməyə davam edir və bu il bütün səylərini Olimpiya istiqamətlərinə yönəltməyə qərar verib: "Bizim dəstəyimiz bəzi idman növlərini əhatə edəcək. Bunlara voleybol və kiber idmanını misal göstərə bilərəm. Bundan başqa "Topaz" bir sıra olimpiya idman növlərinə dəstək verən qurum kimi tanınan "Azeridmanservis" in rəsmi tərəfdaşıdır. Topaz" Olimpiya hərəkatına və Azərbaycan idmanına dəstəyini davam etdirəcəkdir. Ölkənin inkişafının və millətin sağlamlığının ən vacib istiqamətləri olaraq. "Topaz" Azərbaycan ərazisində qeydiyyata alınan, 2011-ci ildən ölkənin qanunvericiliyinə uyğun fəaliyyət göstərən bir bukmeker agentliyidir. PFL-in rəsmi nümayəndəsindən xarici bukmeykerlə Azərbaycanda sponsorluqla bağlı danışıqlar aparıldığını eşitdikdə çox təəccübləndik. Bildiyimizə görə, heç bir xarici şirkətin respublika ərazisində bukmeyker fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyası yoxdur". Qeyd edək ki, 19 yanvar 2010-cu il tarixində təsis edilmiş və ticarət nişanı olan "TOPAZ” 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlamışdır. "TOPAZ” markası yarandığı dövrdən bu zamanadək idmanın inkişafına xüsusi dəstəkçi olaraq 2012-ci ildən etibarən Azərbaycan Premyer Liqasının sponsoru, müxtəlif federasiyaların xüsusi dəstəkçisidir. Bundan başqa, Caspiantech QSC hal-hazırda müxtəlif layihələr üzərində çalışaraq Azərbaycanda fərqli idman növlərinin inkişafı üçün çalışır".
Tarix: 5 Avqust [20:34]
Oxunub: 62 dəfə
Müəllif: Aut.az

İdman jurnalisti qətlə yetirilib

Aut.az

UEFA kiberfutbol üzrə Avropa çempionatı keçirəcək

Aut.az

Azərbaycan yığmasının heyətindən 2 oyunçu kənarlaşdırıldı

Aut.az

Günün oyunları - TV

Aut.az

Milli komandamıza müvəqqəti baş məşqçi təyin olundu

Aut.az

Milli komandamız Sloveniyaya qalib gəldi

Aut.az

Günün oyunları - TV

Aut.az

Rusiyalı oliqarx ABŞ-da basketbol klubunu rekord məbləğə satdı

Aut.az

Günün oyunları - TV

Aut.az

Dünya Karate Federasiyasının Hakimlər Komissiyası Bakıda seminar təşkil edib

Aut.az