Nazim Süleymanov Rusiya kanalında “Neftçi”ni təriflədi - VİDEO

Bakının “Neftçi” və Vladiqafqazın “Alaniya” klubunun futbolçusu olmuş N.Süleymanov Rusiyanın “Matç TV” telekanalının qonağı olub.
O, UEFA Avropa Liqasının II təsnifat mərhələsinin Tula şəhərində keçirilmiş “Arsenal” – “Neftçi” (0:1) oyunundan sonra fikirlərini bildirib: “Bu, “Neftçi”nin yeni mövsüm öncəsi üçüncü rəsmi oyunu idi. Komanda hələ tam hazır deyil. Ancaq avrokuboklar zamanı motivasiya fərqli olur. “Neftçi”də qələbə qazanmaq istəyi görünürdü. Birəbir mübarəzilərdə “Neftçi” “Arsenal”dan güclü idi. Bu üzdən “Neftçi”nin qələbəsi qanunauyğundur”.
Verilişin digər qonağı, London “Arsenal”ının sabiq futbolçusu Andrey Arşavin isə “Neftçi”nin hesaba oynadığını bildirib.
Təmsilçimizin hücumçusu Rauf Əliyevin matçın son dəqiqəsində rəqib futbolçunun qaşını partlatması barəsində isə Arşavin ona ikinci sarı vərəqənin verilməli olduğunu qeyd edib.
Süleymanovun isə bu barədə fikirləri belə olub: “Raufa sarı vermək olardı. Amma verilmədisə, burda qəbahətli heç nə yoxdur. Hakim də insandır. O bütün matç boyu düzgün idarəçiliyi ilə yadda qaldı”.
Nazim Süleymanov Tuladakı azarkeşlər barədə isə bunları deyib: “Azarkeşlərin çoxluğu “Neftçi”yə problem yox, əksinə kömək oldu. Bakıda da stadion dolu olacaq”.
Qeyd edək ki, “Neftçi” bir həftə sonra “Arsenal”ı “Bakcell Arena”da qəbul edəcək.

Mənbə: Oxu.az

Tarix: 26 İyul [18:40]
Oxunub: 63 dəfə
Müəllif: Aut.az

Futbolçunun xanımından maraqlı hərəkət: topla soyundu - VİDEO

Aut.az

“Trabzonspor” Yunanıstan səfərindən qələbə ilə qayıtdı -VİDEO

Aut.az

“Linfild” - “Qarabağ” matçında 5 qol - VİDEO

Aut.az

Dani Alveş Braziliyada ilk qolunu vurdu - VİDEO

Aut.az

Emil Balayev oynadı - VİDEO

Aut.az

"Qarabağ"da ayrldı, Türkiyədə debüt oyununda dubl etdi - VİDEO

Aut.az

“Keşlə” – “Qarabağ” 0:1 - VİDEO

Aut.az

Parlament sədrindən hakimə kobudluq - VİDEO

Aut.az

"Onların adını belə çəkmək istəmirəm" - Qurban Qurbanov ermənilər haqda + VİDEO

Aut.az

Mahir Emreli APOEL-ə vurduğu qolu anası ilə belə qeyd etdi - VİDEO

Aut.az