Həndbolçularımız qrup sonuncusu oldu

XV Avropa Gənclər Olimpiya Festivalında həndbol yarışlarının qrup mərhələsi yekunlaşıb.
 
Qızların turnirinin A qrupunda Fransa və Hollandiya komandaları ilkin mərhələni qələbə ilə başa vurublar.
 
A qrupu
 
Fransa – Rumıniya   28:24
Hollandiya  – İspaniya  33:32
 
B qrupunun 3-cü turunun oyunları isə Çexiya və Macarıstan millilərinin qələbəsi ilə nəticələnib.
 
B qrupu
 
Azərbaycan  – Çexiya  17:33
Macarıstan  – İsveçrə  28:20
 
Oğlanların mübarizəsində A qrupunun son oyunları Danimarka və Serbiya seçmələrinin qələbəsi ilə başa çatıb.
 
A qrupu
 
Danimarka  – Almaniya 34:27
Azərbaycan – Serbiya 9:39
 
B qrupunun sonuncu turunun qarşılaşmalarında isə Xorvatiya və Fransa komandaları rəqiblərini məğlubiyyətə uğradıblar.
 
B qrupu
 
Xorvatiya – İslandiya 24:21
Fransa  – Sloveniya 30:29
 
Beləliklə, qızların A qrupunda hərəyə 4 xalı olan Hollandiya və Fransa 1-ci, 2-ci pillədə qərarlaşıb. Rumıniya ilkin mərhələni 3 xalla üçüncü, İspaniya  1 xalla dördüncü sırada başa vurub.
 
Aktivində 6 xal olan Macarıstan  B qrupunda mübarizəni lider kimi bitirib. İsveçrə 4 xalla ikinci, Çexiya  2 xalla üçüncü pillədə qərarlaşıb. Keçirdikləri hər üç oyunda məğlub olan həndbolçu qızlarımız qrup sonuncusudurlar.
 
Oğlanların A qrupunda 6 xal toplayan Danimarka ilk pillənin sahibidir. Almaniya 4 xalla ikinci, Serbiya iki xalla üçüncü yeri turub. Aktivinə xal yazdıra bilməyən milli komandamız 4-cü olub.
 
Üç oyuna 4 xal toplayan Fransa B qrupunun lideridir. Xorvatiya və İslandiya hərəyə 3 xalla 2-ci, 3-cü yerlərdə qərarlaşıb. Sloveniya mübarizəni 2 xalla autsayder kimi başa vurub.
 
Olimpiya festivalının həndbol yarışlarının pley-off mərhələsi, iyulun 26-da start götürəcək. Mübarizəyə isə iyulun 27-də yekun vurulacaq.
Tarix: 25 İyul [19:00]
Oxunub: 29 dəfə
Müəllif: Aut.az

İdman jurnalisti qətlə yetirilib

Aut.az

UEFA kiberfutbol üzrə Avropa çempionatı keçirəcək

Aut.az

Azərbaycan yığmasının heyətindən 2 oyunçu kənarlaşdırıldı

Aut.az

Günün oyunları - TV

Aut.az

Milli komandamıza müvəqqəti baş məşqçi təyin olundu

Aut.az

Milli komandamız Sloveniyaya qalib gəldi

Aut.az

Günün oyunları - TV

Aut.az

Rusiyalı oliqarx ABŞ-da basketbol klubunu rekord məbləğə satdı

Aut.az

Günün oyunları - TV

Aut.az

Dünya Karate Federasiyasının Hakimlər Komissiyası Bakıda seminar təşkil edib

Aut.az