Azərbaycan bunu asanlıqla qazanmayıb - Millət vəkili

Azərbaycan mötəbər XV Avropa Gənclər Yay Olimpiya yarışına ev sahibliyini asanlıqla qazanmayıb.
Bu sözləri bu gün Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalının başlamasına münasibət bildirən millət vəkili Aydın Mirzəzadə qeyd edib. O bildirib ki, ölkəmizdəki təhlükəsizlik, müasir idman obyektlərinin mövcudluğu, əlverişli turist və əyləncə marşrutları, tələblərə cavab verən nəqliyyat servisi Bakını cəlbedici edib:
"Azərbaycan növbəti dəfə öz qapılarını dünyaya açır. Avropanın 48 ölkəsindən 3900 atlet 12 idman növü üzrə 135 dəst medal uğrunda mübarizə aparacaq. Ölkəmiz idman bayramında 122 idmançı ilə təmsil olunur.
On minlərlə xarici ölkə vətəndaşı növbəti dəfə Azərbaycanı görəcək, tariximizi, mədəniyyətimizi öyrənəcək, dövlətimizin inkişafı ilə tanış olacaq. Festivala gələnlərin bir qismi diyarımızda bines qurmaq fikrinə düşəcək.
Azərbaycan növbəti dəfə dünya mediasının diqqətində olacaq, internetdə axtarış sistemlərində "Azərbaycan", Bakı" sözlərinə axtarışların sayı artacaq.
Olimpiya Festivalında idmançılarımızdan uğurlar gözləyirik. Bu statusu hazırlayarkən saytlarda oxudum ki, güləşçilərimiz ilk qələbələrini qazanıblar. Növbəti qələbə xəbərlərini də eşidəcəyik.
İrəli, Azərbaycan!"
Tarix: 22 İyul [18:20]
Oxunub: 53 dəfə
Müəllif: Aut.az

Milli komandamıza müvəqqəti baş məşqçi təyin olundu

Aut.az

Milli komandamız Sloveniyaya qalib gəldi

Aut.az

Günün oyunları - TV

Aut.az

Rusiyalı oliqarx ABŞ-da basketbol klubunu rekord məbləğə satdı

Aut.az

Günün oyunları - TV

Aut.az

Dünya Karate Federasiyasının Hakimlər Komissiyası Bakıda seminar təşkil edib

Aut.az

Günün oyunları - TV

Aut.az

Azərbaycan əhalisinin neçə faizi idman edir? - STATİSTİKA

Aut.az

Azərbaycanlı gənc idmançı Rusiyada faciəvi şəkildə öldü

Aut.az

Futbolçu davamlı zədələr üzündən intihar etdi

Aut.az